Atatürk islahatları (türk.Atatürk Devrimleri) — Mustafa Kamal Atatürkün rəhbərliyi altında və Kamalizm ideologiyasına uyğun olaraq, yeni yaranmış Türkiyə Respublikasınısekulyar, müasir milli dövlətə çevirmək üçün siyasi, hüquqi, mədəni, sosial və iqtisadi siyasətdə edilən dəyişikliklərdir. Bu islahatların əsas ideyası türk cəmiyyətinin müasirləşə bilmək üçün özünü siyasi və mədəni baxımdan qərbləşdirməsi idi.[1] Siyasi islahatlar bir çox ənənələrə son qoyan fundamental institusional dəyişikliklərin aparılması ilə müşayiət olunmuş və əsrlər boyu formalaşan mürəkkəb sistemi açmağa yönəlmiş planlı proqram icra edilmişdir.[2]
İslahatlar konstitusiyanın modernizasiyası ilə, o cümlədən, 1921-ci il konstitusiyasını əvəz edən 1924-cü il konstitusiyasının qəbulu və yeni respublikanın ehtiyacları üçün Avropa qanunlarının və hüququnun tətbiqi ilə başlamışdır. Bunun ardınca dövlət idarəetmə aparatının tam sekulyarizasiyası və müasirləşdirilməsi aparılmış, təhsil sisteminə xüsusi diqqət yetirilmişdir.
Atatürk islahatlarının Osmanlı İmperiyasında 1839-cu ildə başlayan və 1876-cı ildə birinci konstitusiya dövrü ilə başa çatan Tənzimat dövrünün yenilik və modernləşmə hərəkətlərinin davamı olduğunu düşünmək geniş yayılmışdır.[3] Ancaq Mustafa Kamal Atatürk konstitusiya ziyalılarının hədəfləri ilə razılaşmadı; modernistlərin təklif etdiyi latın qrafikasının qəbulu, Qərbdən mülki hüquq (medeni hukuk) alınması, mədrəsələrin və təkkələrin bağlanması təkliflərinin ötəsinə keçərək respublikanın elanı, xilafətin qaldırılması, sekulyarizm ve qadınların siyasi hüquqların tanınması islahatlarını da həyata keçirmişdir.[3]
Atatürkün rəhbərliyi altındakı bəzi islahatlar müsəlman məmləkətlərində mühafizəkar və islamçı qruplar tərəfindən tənqid olundu və anti-dini olma ilə ittiham edildi. Pakistanın ilk xarici işlər naziri Məhəmməd Zafirullah Xan, 1951-ci ildə Pakistan baş nazirinin təlimatı üzərinə Türkiyəyə rəsmi bir ziyarətdə tapıldı. Özü xatirələrində Atatürk sonrası Türkiyəni belə izah etməkdədir: "Atatürk inqilabından sonra, İslam ölkələrinin ümumi fikri, Türkiyədə dini dəyərlərə hörmətsizlik edilir şəklində idi. Amma mənim gördüklərim bunun tam tərsiydi və söz-söhbətlərin yalnız bir ittiham olduğunu gördüm."[4]
↑S. N. Eisenstadt, "The Kemalist Regime and Modernization: Some Comparative and Analytical Remarks," in J. Landau, ed., Atatürk and the Modernization of Turkey, Boulder, Colorado: Westview Press, 1984, 3–16.
↑Jacob M. Landau "Atatürk and the Modernization of Turkey" page 57.
↑ 12Yılmaz, Yalçın. "Atatürk, Türk Kimliği ve Ötekileştirme". Atatürk Devrimlerinde Yöntem I:Ortam ve Lider", Belgi Dergisi, PAÜ Atatürk İlkeleri ve İnkılap Tarihi Araştırma ve Uygulama Merkezi, sayı:3.
↑Sir Mohammad Zafrullah Han, Tahdis-i Ni’met, Tahir Composing Centre, Gaba Bilding, Railpark, Lahore, 1994. səh. 594
Bein, Amit. Ottoman Ulema, Turkish Republic: Agents of Change and Guardians of Tradition (2011) Amazon.com
Ergin, Murat. "Cultural encounters in the social sciences and humanities: western émigré scholars in Turkey," History of the Human Sciences, Feb 2009, Vol. 22 Issue 1, pp 105–130
Hansen, Craig C. "Are We Doing Theory Ethnocentrically? A Comparison of Modernization Theory and Kemalism," Journal of Developing Societies (0169796X), 1989, Vol. 5 Issue 2, pp 175–187
Hanioğlu, M. Şükrü. Atatürk: An Intellectual Biography (2011) Amazon.com
Kazancıgil, Ali and Ergun Özbudun. Atatürk: Founder of a Modern State (1982) 243pp
Ward, Robert, and Dankwart Rustow, eds. Political Modernization in Japan and Turkey (1964).
Yavuz, M. Hakan. Islamic Political Identity in Turkey (2003) Amazon.com
Zürcher, Erik. Turkey: A Modern History (2004) Amazon.com