Kütlə spektri

Kütlə spektri- Üzvi maddənin molekul kütləsini və quruluşunu təyin etmək üçündür.

Kütlə spektri cihazının iş prinsipi

[redaktə | mənbəni redaktə et]

Kütlə spektri cihazının iş prinsipi tədqiq olunan maddənin həddindən artıq seyrəkləşdirilmiş buxarlarının güclü elektron seli ilə bombardman edilməsi zamanı əmələ gələn müsbət yüklü qəlpələrin (fraqmentlərin) öyrənilməsi əsaslanır. Elektron selinin təsirinə məruz qalan hər hansı üzvi maddə əmələ gəlməsi mümkün olan müsbət yüklü qəlpələrin hamsımı əmələ gətirir. Müsbət yüklü qəlpələr sürətləndirici lövhələr tərəfindən (onlar ənfi yüklü olur) sürətləndirilir və maqnit vasitəsilə analiz edən kameraya yönəldilir. Onların kütlələri elektrik siqnallarına çevrilib, özüyazan qurğu tərəfindən qeydə alınır. Kütlələlərinə görə alınan "qəlpələrin" təbiəti və onların toplanması ilə tədqiq olunan maddənin quruluşu təyin olunur.

Kütlə spektində ən böyük "qəlpə" həmişə tədqiq olunan maddədən bir elektron qopardıqda əmələ gələn müsbət yüklü ion olur. Buna görə də kütlə spektri maddənin molekul kütləsini təyin etmək üçün ən dəqiq üsuldur. Elektronoqrafik metod da üzvi maddələrin quruluşu haqqında əhəmiyyətli məlumat almağa imkan verir. Bu üsuldan istifadə edərək, elektron dəstəsi vasitəsilə bəzi mürəkəb üzvi molekulların quruluşunu əks etdirmək, onların bir növ şəklini (fotosunu) çəkmək mümkün olmuşdur. Mürəkkəb üzvi maddə olan ftalsianın üçün, akademik A. J. Arbuzovun təklif etdiyi elektronoqram bu cəhətdən diqqətəlayiqdir. Bu və ya bir çox başqa faktlar A.M. Butlerovun quruluş nəzəriyyəsinin düzgünlüyünü bir daha təsdiq edir.

  • M. Mövsümzadə, P. Qurbanov "Üzvi kimya", Maarif-1983.