Kəbir Azəri (tam adı: Kəbir Məmmədov; 21 may 1960, Buzovna – 19 yanvar 1997, Bakı) — Azərbaycanlı meyxanaçı.[1]
Kəbir Azəri | |
---|---|
Kəbir Məmmədov | |
Ümumi məlumatlar | |
Doğum tarixi | 21 may 1960 |
Doğum yeri | |
Vəfat tarixi | 19 yanvar 1997 (36 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | yol-nəqliyyat hadisəsi |
Dəfn yeri | |
Milliyyəti | Azərbaycanlı |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | meyxanaçı |
Fəaliyyət illəri | 1964-cü ildən |
1960-cı il mayın 21-də Bakının Buzovna kəndində anadan olub. Kimya Texnologiyası Texnikumunda təhsil alıb. İlk dəfə meyxananı 12 yaşında deyib.
Meyxanalarının əsas mövzusu canlı həyat hadisələrinin təsviri, insan təbiətindəki nöqsanları ifşa, vətənə məhəbbət, qələbəyə inam hissi olub.
O, 1997-ci ilin yanvarın 19-da məclisə gedərkən dostu və meyxanaçı Nizami Rəmzi ilə birgə yol qəzasında həlak olub. Ekspertizaya görə, içkili olan Nizami Rəmzi maşını sürərkən şəhərdən çıxan İkarusla toqquşaraq həlak olmuşdu.[2]