Kəkələmə

Kəkələmə — normal nitqin pozulması. Kəkələmə xəstəlik olmasa da, bu ciddi bir problemdir.

Kəkələmə çox zaman 3-5 yaşlar arasında olan uşaqlarda inkişaf edir. Oğlanlarda qızlarla müqayisədə bu pozulma daha tez-tez hallarda inkişaf edir. Bu günə kimi tibbdə kəkələmənin inkişaf etmə mexanizmi dəqiq təyin olunmayıb. Kəkələmənin inkişaf etmə səbəbləri arasında:

  • uşağın baş beyinin funksiyalarının müxtəlif səbəblərə görə (doğum travması, asfiksiya, baş-beyin travmaları - beyinin silkələnməsi və s., beyini zədələyən infeksiyaların keçirilməsi və s.) pozulması;
  • ağır psixoloji travmalar - güclü qorxu (və ya bəzən güclü sevinc) və s.
  • insan psixikasına mənfi təsir edən uzunsürən vəziyyətlər.

Uşaqlarda kəkələmə

[redaktə | mənbəni redaktə et]

Bəzən kəkələmə uşaqlarda özünü kəkələyən ailə üzvünə bənzətmə reaksiyası kimi inkişaf edir. Lakin bu halda da uşaq müalicə olunmalıdır. Kəkələyən uşaqlar həmyaşıdlarla ünsiyyətdə, uşaq bağçasında, məktəbdə müxtəlif problemlərlə üzləşir ki, bu da onların davranışına, xasiyyətinə mənfi təsir edir. Belə uşaqların bir hissəsi digər uşaqlarla ünsiyyətdən çəkinir, tək oynamaq xoşlayır, qapalı və təcavüzkar böyüyür. Kəkələyən uşaqlarda "loqofobiya" inkişaf edə bilər (uşaq danışmaqdan qorxur, çəkinir). Həkimlərin fikirinə görə, kəkələmə başlanğıc mərhələsində daha tez və uğurla müalicə olunur. Kəkələmə problemi ilə eyni zamanda iki mütəxəssis məşğul olmalıdır - uşaq nevropatoloqu (və ya psixonevroloq) və loqoped.[1]

  1. "Uşaqlarda kəkələmə problemi". 2017-06-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-03-01.