Kələkötür böyürtkən (lat. Rubus hirtus) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin moruq cinsinə aid bitki növü.
Kələkötür böyürtkən | ||||||
---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Yarımfəsilə: Triba: Cins: Növ: Kələkötür böyürtkən |
||||||
Beynəlxalq elmi adı | ||||||
|
Fransada, Almaniyada, Avstriyada, Macarıstanda və Qafqazda təbii halda yayılmışdır.
Birillik budaqları seyrək tüklü, silindrvarı, üzəri qısa sarımtıl tikanlı və vəzili, yerə yatıq koldur. Üçər, az halda beşər tünd yaşıl, nazik. kənarı tam olmayan ikiqat dişli, hər iki tərəfdən tüklü, ucu şişləşmiş yarpaqcıqlıdır. Yarpaqaltlığı xətvarıdır. Çiçəkləri 1,5-2 sm diametrində, kasayarpaqları sıx vəzili çox zaman xırda tikancıqlı çiçək açanda kənara qatlanmış olur. Ləçəkləri ağdır. Meyvəverən budaqları tüklü, sıx, yatıq, vəzilidir. İyun-iyul aylarında çiçəkləyir və meyvə verir. Meyvəsi qara, enli yumurtavaridir.
Şaxtaya, rütubətə davamlıdır. Meşələrdə kölgəli, sərin günəş şuası düşməyən ərazilərdə yaxşı bitir.
Kiçik Qafqaz və Talışda təbii halda rast gəlinir.
Meyvələrindən səhiyyədə müxtəlif içkilərin, mürəbbələrin hazırlanmasında istifadə edilir. Yaşıllaşdırmada rast gəlinmir.