Kələki körpüsü

Kələki körpüsüOrdubad rayonunun Kələki kəndi ərazisində, Vənəndçayın üzərində Dəstə-Dırnıs-Rumus avtomobil yolunun 21 kilometrliyində yerləşən körpü.

Kələki Körpüsü
Keçid piyadalar üçün
Üslubu tağ körpü
Uzunluğu 30 paqonometr
Açılışı 1998

Ümumi məlumat[redaktə | mənbəni redaktə et]

Körpü ikiaşırımlıdır.Uzunluğu 30 paqonometrdir. XIX əsrin əvvəllərində inşa edildiyi ehtimal olunur. Milli memarlıq simasını və möhkəmliyini qoruyub saxlamışdır. 1998-ci ildə bərpa edilmiş və yenidən qurulmuşdur. Kələki körpüsü vasitəsilə Ordubad rayonunun Pəzməri, Unus, Kələki kəndlərinin Dırnıs-Vənənd yolu ilə magistral yola çıxışı təmin olunmuşdur.[1]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Naxçıvan ensiklopediyası. Bakı, 2002. səh: 594

Həmçinin bax[redaktə | mənbəni redaktə et]