Vənəndçay

Vənənd çayıNaxçıvan Muxtar Respublikasının Ordubad rayonu ərazisində çay.[1]

Vənəndçay
Ölkə
Mənsəbi Araz
Uzunluğu
  • 29 km
Hövzəsinin sahəsi 91 km²

Uzunluğu 29 km, sahəsi 91 km²-dir. Zəngəzur silsiləsinin cənub-qərb yamacından (3400 m hündürlükdən) başlanır. Əsasən, yeraltı sular və qar suları ilə qidalanır. Suvarmada istifadə olunur. Aşağı axınında Dəstə çayı adlanır.

  1. Naxçıvan Ensiklopediyası. II cild (Təkmilləşdirilmiş və yenidən işlənmiş ikinci nəşr). Naxçıvan: AMEA Naxçıvan bölməsi. V. Y. Talıbov. 2005. səh. 349. ISBN 5-8066-1468-9.