Kələm yarpaqyeyəni

Kələm yarpaqyeyəni (lat. Phaedon cochleariae) — heyvanlar aləminin buğumayaqlılar tipinin həşəratlar sinfinin sərtqanadlılar dəstəsinin yarpaqyeyənlər fəsiləsinin yarpaqyeyən cinsinə aid heyvan növü.

Kələm yarpaqyeyəni
Elmi təsnifat
Ranqsız:
Ranqsız:
Ranqsız:
Ranqsız:
Ranqsız:
Aləm:
Yarımaləm:
Tipüstü:
Ranqsız:
Ranqsız:
Yarımtip:
Ranqsız:
Yarımsinif:
İnfrasinif:
Ranqsız:
Yarımdəstə:
İnfradəstə:
Fəsiləüstü:
Yarımfəsilə:
Növ:
Kələm yarpaqyeyəni
Beynəlxalq elmi adı

Xarici quruluşu

[redaktə | mənbəni redaktə et]

Formaca şar şəkilli olan bu həşəratın uzunluğu 3–5 mm-dir. Qabaq kürəyi və üst qanadları tünd yaşıl rəngli, başı balaca, bığlarının qurtaracağı qalındır. Sarı rəngli yumurtaları hamar və oval şəklindədir. Uzunluğu 1 mm, eni isə 0,5 mm-dir. Sürfənin arxa hissəsi nazik, sarı, başı isə parlaq, qara rənglidir. Bədəni dörd cərgədə yerləşən tünd rəngli cod tüklərlə örtülmüşdür. Uzunluğu 5,5 mm-dir. Pupu sarı rənglidir. Uzunluğu 4 mm-ə yaxındır.[1]

Ildə iki nəsil verirlər. Onlar yetkin halda torpaqda qışlayırlar. Böcəklər yarpaqları yeyir, damarlarını saxlayır və burada yumurta qoyub üzərinə maye tökürlər. Bir fərd 400-ə qədər yumurta qoyur. Yumurtanın inkişafı 8-12 gün, sürfənin inkişafı 16-22, pupun inkişafı isə 8-12 gün davam edir. Puplaşma torpağın 10-15 sm dərinliyində gedir. Iyunun axırı, avqustun əvvəllərində yeni nəslə rast gəlmək olar. Cavan bitkilərə ən çox birinci nəslin formaları zərər verir. Zədələnmə nəticəsində bitkinin inkişafı zəifləyir, kələmdə isə çoxbaşlılıq əmələ gəlir. Bitkilərə yetkin formalar və sürfələr zərər verir. Böcəklər yarpağı, sürfələr isə əsas gövdəni yerirlər.[1]

Kələm yarpaqyeyəni Azərbaycanın Şəki-Zaqatala, Quba-Xaçmaz, Dağlıq Qarabağ və Lənkəran-Astara zonalarında daha çox yayılmışdır.

  1. 1 2 Səfərova İ.M. Quba-Xaçmaz bölgəsində kələmin zərərvericiləri və başlıca zərərvericilərə qarşı kompleks mübarizə tədbirləri, Gəncə, 2006, s. 54-57.