Kəlbəcər rayonunun abidələri — "Kəlbəcər" toponiminin mənşəyi qədim türk dilində "çay üstündə qala" deməkdir. Bu unikal təbiət möcüzəsinin yerləşdiyi qayada Tərtərçay çayı boyunca cərgə ilə düzülmüş qədim süni mağaralar mövcuddur. Kəlbəcərdəki oronomik toponimlərin hamısı türk mənşəlidir. Bir sıra qədim türk tayfalarının adı bu gün də bu toponimlərdə yaşayır. Kəlbəcər ən qədim insan məskənlərindən biridir. Kəlbəcər ərazisində 30 min ildən çox tarixi olan qədim yaşayış məskənləri, 6 min il yaşı olan qaya təsvirləri, çöp şəkilli qədim türk əlifbası nümunələri aşkar edilib. Buradakı daş abidələr Şimali Azərbaycanda erkən dövr türklüyün, atəşpərəstliyin, xristianlığın, VII əsrdən isə İslamın yayıldığı dövrlərdə yaradılıb. Kəlbəcər Azərbaycanın ən yüksək dağ rayonudur. Ən hündür zirvələri Camışdağ dağındakı zirvə-(3724 m) və Dəlidağdır (3616 m). Ərazinin çox hissəsi meşəlikdir. Meşələrin ümumi sahəsi 30 min hektara yaxındır. 1936 kvadrat kilometr ərazisi, 60 min əhalisi, 128 kəndi olan Kəlbəcər rayonu böyük tarixi keçmişi, zəngin mədəniyyəti, qədim tarixi abidələri ilə seçilir. Kəlbəcərdə alban dövrünə aid xeyli tarixi abidələr var. Bunlardan ən məşhuru Xudavəng məbəd kompleksidir.[1]
Təbiətin Kəlbəcərə bəxş etdiyi min bir nemətdən biri də bizi dünyaya tanıdan– İSTİSUDUR.[2]
- Alban məbədi (500-cü il) – Həsənriz kəndi (İNV № 280)[3]
- Alban məbədi (1283-cü il) – Həsənriz kəndi (İNV № 279)
- Alban məbədi (V–IX əsrlər) – Vəng kəndi
- Alban kilsəsi (V–VII əsrlər) – Çərəkdar kəndixalqqazeti.com
- Alban məbədi (614-cü il) – Kolataq kəndi (İNV № 270)
- Müqəddəs Yaqub kilsəsi (635-ci il) — Kolataq kəndi (İNV № 269)
- Alban məbədi (672-ci il) – Qocaqot kəndi (İNV № 278)
- Alban məbədi (698-ci il) – Qocaqot kəndi (İNV № 277)
- Alban məbədi (713-cü il) – Dəstəgir kəndi (İNV № 4498)
- Alban məbədi (718-ci il) – Qasapet kəndi (İNV № 4485)
- Kilsə (1894-cü il) – Qasapet kəndi (İNV № 4486)
- Kilsə (1898-ci il) – Maqadiz kəndi (İNV № 4488)
- Kilsə (1668-ci il) – Dovşanlı kəndi (İNV № 4482)
- Kilsə (XVII əsr) – Dəvədaşı (Poqosoqomer) kəndi (İNV № 4483)
- Qırmızı məbəd (XVII əsr) – Qozlu kəndi (İNV № 4484)
- Urek məbədi (1279-cu il) – Talış kəndi (İNV № 4489)
- Alban kilsəsi (VIII–IX əsrlər) – Tərtər çayının Bulanıq çayı ilə qovşağında
- Alban məbədi (X əsr) – Çormanlı (Qarnakar) kəndi (İNV № 274)
- Alban kilsəsi (XI əsr) – Çormanlı (Qarnakar) kəndi (İNV № 275)
- Kilsə (1883-cü il) – Maxrataq kəndi (İNV № 4490)
- Məbəd (1881-ci il) – Maxrataq kəndi (İNV № 4491)
- Məbəd – Maxrataq kəndi (İNV № 4492)
- Məbəd – Şaplar kəndi (İNV № 4493)
- Məbəd – Şaplar kəndi (İNV № 4479)
- Məbəd (XIII əsr)– Vəngli kəndi (İNV № 4478)
- Məbəd – Kiçan kəndi (İNV № 4480)
- Məbəd (1251-ci il)– Smakaok kəndi (İNV № 4481)
- Alban məbədi (XII əsr) – Çıldıran kəndi (İNV № 272)
- Qırmızı məbəd (XIII əsr) – Çıldıran kəndi (İNV № 273)[4]
- "Xatırvank" məbədi (1204-cü il) – Qozlu kəndi (İNV № 276)
- Məscid (XIX əsr)
- Məscid (XVIII–XIX əsrlər) – Başlıbel kəndi
- Məscid (XIX əsr) — Otaqlı kəndi[5]
- Qəbiristanlıqlar (3 ədəd) orta əsrlər – Qasapet kəndindən 5–6 km aralı (İNV № 5844)
- Qoç daşlar piri – Əsir kəndi yaxınlığında
- Seyid Əsədullahın ziyarətgahı (XIX əsr) – Söyüdlü yaylağı
- Seyid Bağır ağanın ocağı – Başlıbel kəndi
- Seyid Əliabbas ağa ziyarətgahı – Başlıbel kəndi
- Seyid Əhməd ağa ocağı[6]
- Dovşanlı nekropolu (son tunc ilk dəmir dövrü) – Araçadzor kəndi (İNV № 1228)[7]
- Balıqaya nekropolu (son tunc ilk dəmir dövrü) – Sırxavənd kəndi (İNV № 1229)
- Daş qoç fiqurları — ərəb yazısı ilə (XIX əsr) – Zar kəndi (İNV № 6155)
- Daş qoç fiqurları — ərəb yazısı ilə (XIX əsr) — Zar kəndi (İNV № 6156)
- Daş qoç fiqurları — ərəb yazısı ilə (XIX əsr) — Zar kəndi (İNV № 6157)
- Daş qoç fiqurları — ərəb yazısı ilə (XIX əsr) — Zar kəndi (İNV № 6158)
- Daş at fiquru – Zəylik kəndi — (İNV № 6159)
- Celabert qalası – Qasapet kəndi (İNV № 4487)
- Lök qalası (VII–VIII əsrlər) – Qanlıkənd kəndi
- Uluxan qalası (VII–IX əsrlər) – Qaracanlı kəndi
- Qalaboynu qalası (VIII–IX əsrlər) – Qalaboynu kəndi
- Comərd qalası (VIII–IX əsrlər) – Comərd kəndi
- Keşikçi qalası (VIII–IX əsrlər) – Qamışlı kəndi
- Urud abidələrinin xronoloji sayı (1478–1610) – Zar, Zeylik, Keşdək kəndləri
- Tağlı daş körpü (XIX əsr) – Soyuqbulaq kəndi[8]