Kəlləşəkilli haf (lat. Manduca atropos ) — pulcuqqanadlılar dəstəsinin nəsli kəsilməkdə olan növü.
Kəlləşəkilli haf | ||||
---|---|---|---|---|
Elmi təsnifat | ||||
XƏTA: latin parametri doldurulmayıb. |
||||
Beynəlxalq elmi adı | ||||
XƏTA HAQQINDA MƏLUMAT Bu parametr doldurulmayıb: latin |
||||
|
Avropa və Qafqazda yayılmış haflar fəsilənin ən iri nümayəndəsi olub, qanadları açıq halda 120-130 mm-ə çatır. Kəpənəyin adı onun beli üzərindəki insan kəlləsinə bənzər sarı rəngli naxışla əlaqədardır.
Uzaq Şimal istisna edilməklə, bütün Avropa, Kanar və Azor adaları, Kiçik Asiya, Afrika və Qafqaz, Azərbaycanda Abşeron, Kür-Araz düzənliyi, Böyük və Kiçik Qafqazın dağ ətəkləri, Laçın, Şuşa (Daşaltı dərəsi, Əsgəran), Talış (Lerik), Naxçıvan MR (Ordubad).
Evritop növdür (hər yerdə yayılmışdır). Kəpənəklər aprel-may və avqust-sentyabrda uçuşur. İldə iki nəsil verir. Tırtılları quşüzümü, kartof, yabanı jasmin və dəlibənk yarpaqları ilə qidalanır, iyun-iyul və sentyabr-oktyabr aylarında inkişaf edir. Onların uzunluğu 15 sm-ə çatır. Puplaşma torpaqda gedir. İkinci nəslin pupları qışlayır. Pulcuqqanadlılar dəstəsində yeganə növdür ki, kəpənəyi siçan civiltisinə oxşar səs çıxartmaq qabiliyyətinə malikdir. Kəpənəklər çox vaxt arı pətəyinə girib, bal ilə qidalanır.[1]
R.Əffəndi tərəfindən 2 kəpənəyi qeydə alınmışdır.
Kəpənəyin yayıldığı ərazilərdən olan işğal altındakı Laçın və Şuşada populyasiyanın vəziyyəti barədə məlumat yoxdur. Yaşayış yerlərində sayının azalmasına səbəblərindən biri də tarlalarda kimyəvi gübrələrdən istifadə edilməsidir. Kolleksiyaçılar tərəfindən tutulması da kəpənəyin sayına mənfi təsir göstərən amillərdəndir.[2]
"Nadir həşəratlar" kitabında qorunması təklif edilmişdir. Azərbaycanın Qırmızı kitabının I nəşrinə daxil edilmişdir. Yayıldığı ərazilərə müntəzəm monitorinqlər təşkil edilməlidir. Süni surətdə artırılaraq təbiətə buraxılmalıdır. Tutulması hər yerdə ciddi qadağan edilməlidir.