Kəllə kapellası

Kəllə kapellası
pol. Kaplica Czaszek
Ölkə Polşa
Şəhər Kudova-Zdruy

Kəllə kapellası (pol. Kaplica Czaszek) rəsmi olaraq Müqəddəs Bartolomey kilsəsi (Kościół świętego Bartłomieja)[1] — Kudova-Zdruy şəhərində yerləşən kütləvi məzarlıq olaraq 1776-cı ildə Qlas qraflığında inşa edilmiş ossuar ibadətgahdır. Polşadakı yeganə, Avropada altı ossuar ibadətgahından biridir[2].

Kapella 1776-cı ildə çex mənşəli bir kilsə keşişi Vaclav Tomaşek tərəfindən Otuzillik müharibədə, Sileziya müharibəsində şəhid olanlar [3], həmçinin vəba, sifilis və aclıqdan ölənlər[4] üçün dəfn yeri olaraq inşa edilmişdir. Buna nümunə olaraq Kapuçin rahiblərinin sümüklərinin dəfn olunduğu Santa Maria della Conzionie Roma kilsəsi oldu. On səkkiz il ərzində (1776-dan 1794-cü ilə qədər) Tomaşek sümükləri toplayıb təmizlədi və sonra kilsəyə yerləşdirdi. Tikinti yerli aristokrat Leopold von Leslie tərəfindən maliyyələşdirildi[5]. Tikinti başa çatdıqdan qısa müddət sonra Ata Vaclav Tomaşek dünyasını dəyişdi. Hal-hazırda ildə bir dəfə (14-15 avqust gecəsi) kilsədə dəfn olunan insanlar, qəza və ya xəstəlik səbəbindən ölənlər yad edilir[6].

Arxitektura və interyer

[redaktə | mənbəni redaktə et]

Kilsədə üç min kəllə, eləcə də təməlində 21 min insanın sümükləri vardır. Tomaşek və kilsənin digər qurucularının (müqəddəs Şmidt və qəbir qazmaçısı Langer) kəllələri 1804-cü ildə qurbangahın üstünə qoyulmuşdur. Kilsədə administrasiyasının rəhbərinin və onun həyat yoldaşının, bir ciddi zərər görmüş tatarın (bunu onun anatomiyası sübut edir) və boyu 2 metr olan insanın bud sümüyünü (böyük ehtimalla bir isveçliyə aiddir) görmək mümkündür. Kənd administrasiyasının rəhbəri olan Martinesin kəlləsində güllə yerini görmək mümkündür. O, Otuzillik müharibə zamanı prussiyalılar tərəfindən öldürülmüşdür. Onun həyat yoldaşıda ərini bədəni ilə qorumaq istəyərkən iti bir alətlə öldürülür. Bunu kəllənin üzərində olan zədələr isbatlayır.

Kilsənin içərisində bir çarmıxın və iki mələyin həkk olunmuş təsvirləri var. Girişin sol hissəsində polyak, çex və alman dillərində bir yazı vardır.

  1. "Kaplica Czaszek: The Chapel of Skulls". Atlas Obscura (ingilis). 2020-03-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-04-03.
  2. Lori Zimmer. "6 Creepy Churches Made of Bones". Inhabitat (ingilis). 10.09.2015. 2020-04-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-04-03.
  3. "Часовня черепов в Польше". Тайны мира (rus). 20.03.2014. 2020-03-29 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2020-04-03.
  4. Perrin Doniger. "This Beautiful Chapel in Czermna, Poland, Is Constructed Out of Thousands of Human Bones". Smithsonian Magazine (ingilis). 29.10.2013. 2021-03-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-04-03.
  5. "Кудо́ва-Здру́й (Kudowa-Zdrój)". StudentPortal (rus). 18.04.2016. 2020-03-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-04-03.
  6. "Церковь из костей". WomanAdwice (rus). 2020-03-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-04-03.