Kəllə vurma (heykəl)

Kəllə vurma (fr. Coup de tête) — əlcəzairli heykəltaraş Adel Abdessəməd tərəfindən hazırlanmış heykəl. Heykəldə Zidan və Materazzi arasında FİFA Dünya Kuboku 2006-nın finalında baş vermiş münaqişə öz əksini tapıb. Heykəl bürüncdən hazırlanıb[1] və hündürlüyü 5 metrdir.[2]

Kəllə vurma
Coup de tête
Ölkə
Heykəltaraş Adel Abdessəməd
Tikilib 2012
Hündürlüyü 5m
Material Bürünc

Yaranma səbəbi

[redaktə | mənbəni redaktə et]

Əlcəzairli heykəltaraş Adel Abdessəməd futbol tarixində son onilliyin ən dramatik anlarından birini əbədiləşdirməyi qərara alıb. Bu, fransalı sabiq futbolçu Zinəddin Zidanın 2006-cı il dünya çempionatının finalında italiyalı müdafiəçi Marko Materatsiyə kəllə atdığı epizoddur.[3] Oyunun 110-cu dəqiqəsində vurduğu kəllədən sonra qırmızı kart alaraq meydandan qovulan futbolçu komandasını 10 nəfərlə azlıqda qoymuşdu.[4]

Bu heykəl Parisdə Pampidou Sənət Mərkəzinin önündə nümayiş etdirilib.[4] Daha sonra heykəl Qətərə gətirilib.[5] Heykəl yerləşdiriləndən cəmi bir neçə həftə sonra yığışdırılıb. Dini mühafizəkarlar heykəlin bütpərəstliyi təşviq etdiyini deyir, digərləri isə onun zorakılıq oyatdığını düşünür. Bəziləri heykəli sadəcə zövqsüz adlandırıb.[2]

  1. Zidana da heykəl qoyuldu[ölü keçid]
  2. 1 2 "Qətər "Zidan kəllə vurur" heykəlini yığışdırıb". 2013-11-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-12-19.
  3. ""Kim böyük dəhşətli canavardan qorxur?"". 2021-10-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-12-19.
  4. 1 2 "Zidanın Materazziyə vurduğu kəllə heykəllərlə təsvir olundu". 2023-07-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-12-19.
  5. Qətərdə Zidan və Materazziyə heykəl qoyuldu[ölü keçid]