Kəmalə Abıyeva

Abiyeva Kəmalə Nəbi qızı (1979) — azərbaycanlı hüquqşünas; Azərbaycan Ali Məhkəməsinin hakimi və Kommersiya Kollegiyasının sədri (2020—).

Kəmalə Abiyeva
Vəzifədədir
5 may 2020-ci ildən
Azərbaycan Ali Məhkəməsinin Kommersiya Kollegiyasının sədri
Vəzifədədir
6 may 2020-ci ildən
Şəxsi məlumatlar
Doğum tarixi
Vətəndaşlığı Azərbaycan
Təhsili BDU Hüquq bölməsi (BM)
Fəaliyyəti ali məhkəmə hakimi[d]

Təltifləri 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı "Azərbaycan Ali Məhkəməsinin 100 illiyi (1923–2023)" yubiley medalı

Kəmalə Abiyeva 1979-cu ildə anadan olub. 1996–2000-ci illərdə Bakı Dövlət Universitetinin Hüquq fakültəsində təhsil alıb. 2000–2002-ci illərdə Bakı Dövlət Universitetinin Hüquq fakültəsi mülki və təsərrüfat hüququ üzrə magistr dərəcəsi alıb. 2007–2011-ci illərdə isə Bakı Dövlət Universitetində Mülki hüquq ixtisası üzrə aspirantura təhsili alıb.

2000–2006-cı illərdə İqtisad Məhkəməsində məhkəmə iclas katibi, 2006–2010-cu illərdə Ali Məhkəmədə məsləhətçi, məhkəmə iclas katibi, hakim köməkçisi vəzifələrində çalışıb.

26 oktyabr 2010-cu ildə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə hakim vəzifəsinə təyin edilib.[1]

2 iyul 2013-cü ildə Bakı Apellyasiya Məhkəməsinəhakim vəzifəsinə təyin edilib.[2]

21 dekabr 2018-ci ildə Bakı Apellyasiya Məhkəməsi sədrinin müavini vəzifəsinə təyin edilib.[3]

İlham Əliyevin 11 fevral 2023-cü il tarixli sərəncamı ilə 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.[4]

  1. Normativ hüquqi sənədlərin vahid internet bazası. "Azərbaycanın bir sıra birinci instansiya məhkəmələri hakimlərinin təyin edilməsi haqqında Azərbaycan Prezidentinin Sərəncamı". www.e-qanun.az (az.)). 22.08.2022. 2024-03-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.08.2022.
  2. Normativ hüquqi sənədlərin vahid internet bazası. "Bakı Apellyasiya Məhkəməsi hakimlərinin təyin edilməsi haqqında Azərbaycan Prezidentinin Sərəncamı". www.e-qanun.az (az.)). 22.08.2022. 2024-04-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.08.2022.
  3. Normativ hüquqi sənədlərin vahid internet bazası. "Apellyasiya instansiyası məhkəmələri sədrlərinin müavinlərinin və məhkəmə kollegiyaları sədrlərinin təyin edilməsi haqqında Azərbaycan Prezidentinin Sərəncamı". www.e-qanun.az (az.)). 22.08.2022. 2024-06-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.08.2022.
  4. Normativ hüquqi sənədlərin vahid internet bazası. "Azərbaycan Ali Məhkəməsinin yaradılmasının 100 illiyi münasibətilə bir qrup şəxsin təltif edilməsi haqqında Azərbaycan Prezidentinin Sərəncamı". www.e-qanun.az (az.)). 22.08.2022. 2024-03-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.08.2022.