Kəmalə Piriyeva (9 yanvar 1990[1], Bakı) — Azərbaycan teleaparıcısı və aktrisası.[2]
Kəmalə Piriyeva | |
---|---|
Doğum tarixi | 9 yanvar 1990[1] (34 yaş) |
Doğum yeri | |
Fəaliyyət illəri | 2007-ci ildən |
Təhsili |
Kəmalə Piriyeva 1990-cı il yanvar ayının 9-da Bakı şəhərində doğulub.[3][4][4] 1996–2007-ci illərdə Nərimanov rayon 73 saylı orta məktəbdə təhsil alıb.[4] Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Televiziya rejissorluğu" fakültəsindən məzun olub.[4] 2007-ci ildə universitetdən Azad Azərbaycan televiziyasına təcrübə keçmək üçün göndərilib.[5] İlk işi 2007-ci ildə 17 yaşında "Yeni ulduz 7" yarışmasında aparıcılıq etmək oldu.[6] Daha sonra isə o, "Bizim səhər", "Xalq ulduzu", "CinemaAtv", "Atv maqazin", "Qaça-Qaç", "Piknik", "Mətbəx işi", "Azərbaycanın Səsi Bala", "Bir balaca oyun" kimi verilişlərdə aparıcılıq edir.[7] Bu illər ərzində o, aktrisalıq fəaliyyəti ilə də məşğul olur.[8] İlk dəfə Atv-də yayımlanan "Sirr" serialında rol alır. Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında "Məhv olmuş gündəliklər" tamaşasında əsas rollardan birini (Anjel) icra edir. Daha sonra o, "Sonuncu fəsil", "Miras", "Palata 106", "Vicdan haqqi", "Ər Arvad" seriallarında rol alır.[9] "Gecə qonağı 1", "Şər qarışanda", "Təhminə və Zaur", "Qız qalası" filmlərində müxtəlif rolları ifa etmişdir.[10][11][12]