Kəmaləddin Sami Gökçən

Kəmaləddin Sami Gökçən (türk. Kemalettin Sami Gökçen; 1884, Sinop15 aprel 1934, Berlin) — Türk əsgəri və siyasətçisi.

Kəmaləddin Sami Gökçən
Şəxsi məlumatlar
Doğum tarixi 1884
Doğum yeri
Vəfat tarixi 15 aprel 1934(1934-04-15)
Vəfat yeri
Dəfn yeri
Vətəndaşlığı
Təhsili
  • Osmanlı Hərbi Məktəbi[d]
Hərbi fəaliyyəti
Xidmət illəri 1906-cı ildən
Rütbəsi Feriki sani
Döyüşlər
Təltifləri "Osmaniyyə ordeni"
Məcidiyyə ordeni
Dəmir xaç ordeni
"Müharibə" medalı (Osmanlı imperiyası)
"Ləyaqət" medalı (Osmanlı imperiyası)
"İmtiyaz" medalı (Osmanlı imperiyası)
"İstiqlaliyyət" medalı (Türkiyə Respublikası)
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Hərbi fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

1905-ci ildə İmperiyanın Hərbi Mühəndislik Məktəbini və 1908-ci ildə isə Hərbi Akademiyanı kapitan rütbəsi ilə bitirdi. Daha sonra 4-cü ordunun əmrinə verildi. 1911-ci ildə İtaliya-Osmanlı müharibəsi zamanı Yaniyaya getdi. Hərbi məktəbdə müəllim kimi fəaliyyət göstərdi. 1915-ci ildə Şahzadə Ömər Fərrux Əfəndinin müəllimi kimi onunla birlikdə Avropaya getdi.

İstanbulun işğalından sonra 5 dekabr 1920-ci ildə Anadoluya gələrək Türkiyə İstiqlaliyyət müharibəsinə qoşuldu. 31 mart 1921-ci ildə polkovnik rütbəsi ilə İkinci İnönü döyüşüSakarya meydan döyüşündən sonra Böyük hücumda iştirak etdi. 31 avqust 1922-ci ildə general-leytenant rütbəsinə yüksəldi. Döyüşlərdə göstərdiyi şücaətlərinə görə "İstiqlaliyyət medalı" ilə təltif edildi.

Siyasi fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

23 iyun 1923-cü ildə Türkiyə Böyük Millət Məclisinin II dövründə Sinopun millət vəkili oldu. 16 Avqust 1924-cü ildə Berlin səfirliyinə təyin edildi. 1926-cı ildə general-leytenant rütbəsinə yüksəldi. 24 sentyabr 1928-ci ildə hərbi vəzifədən təqaüdə çıxdı. 1930–1933-ci illər arasında Türkiyə Milli Olimpiya Komitəsinə rəhbərlik etdi. 15 aprel 1934-cü ildə Berlində əməliyyatdan sonra vəfat etdi. Nəşi 1988-ci Türkiyə Dövlət məzarlığına köçürüldü. Vəfatında sonra "Gökçən" ləqəbini aldı.

  • T.C. Genelkurmay Harp Tarihi Başkanlığı Yayınları, Türk İstiklâl Harbine Katılan Tümen ve Daha Üst Kademelerdeki Komutanların Biyografileri, Genelkurmay Başkanlığı Basımevi, Ankara, 1972, s. 218.