Kəmiyyət yumşalması

Kəmiyyət yumşalması (ing. Quantitative easing, QE) — ənənəvi pul siyasətləri bir sıra amillərə görə səmərəsiz və ya qeyri-kafi effektiv olduqda mərkəzi bankların milli iqtisadiyyatları stimullaşdırmaq üçün istifadə etdiyi pul siyasəti. Kəmiyyət yumşalması şəraitində mərkəzi bank iqtisadiyyata müəyyən miqdarda pul daxil etmək üçün maliyyə aktivlərini alır və ya girov qoyur, ənənəvi pul siyasətində isə mərkəzi bank bazar faiz dərəcələrini müəyyən hədəf səviyyəsində saxlamaq üçün dövlət istiqrazlarını alır və ya satır.

Bu halda mərkəzi bank pulun yeni elektron emissiyası üçün banklardan və digər özəl şirkətlərdən maliyyə aktivləri alır[1][2][3][4]. Bu, bank ehtiyatlarını tələb olunan səviyyədən (artıq ehtiyatlar) artırmağa, əldə edilmiş maliyyə aktivlərinin qiymətlərini qaldırmağa və onların gəlirliliyini azaltmağa imkan verir.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Quantitative Easing Explained (PDF). London: Bank of England. 2011.. — «The MPC’s decision to inject money directly into the economy does not involve printing more banknotes. Instead, the Bank buys assets from private sector institutions — that could be insurance companies, pension funds, banks or non-financial firms — and credits the seller’s bank account.». "Архивированная копия" (PDF). Archived from the original on 2010-10-30. İstifadə tarixi: 2011-09-25.
  2. "Quantitative Easing" (PDF). Bank of England. 2012-08-29 tarixində arxivləşdirilib (PDF). The Bank can create new money electronically by increasing the balance on a reserve account. So when the Bank purchases an asset from a bank, for example, it simply credits that bank’s reserve account with the additional funds. This generates an expansion in the supply of central bank money
  3. "Q&A: Quantitative easing". BBC. 2009-03-09. 2009-03-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2009-03-29.
  4. "Quantitative Easing Explained". Bank of England. 2009-03-16 tarixində arxivləşdirilib. This does not involve printing more banknotes. Instead the Bank pays for these assets by creating money electronically and crediting the accounts of the companies it bought the assets from.