Kənəfvari eupator

Kənafvari asırqalotu və ya Kənəfvari eupator (lat. Eupatorium cannabinum)[2] - asırqalotu cinsinə aid bitki növü.[3]

Kənafvari asırqalotu
Elmi təsnifat
Beynəlxalq elmi adı

Yarımnövləri[redaktə | mənbəni redaktə et]

  • Eupatorium cannabinum L. subsp. cannabinum
  • Eupatorium cannabinum L. subsp. corsicum (Req. ex Loisel.) P.Fourn.

Hündürlüyü 50-100 (120) sm, gövdəsi düzdür, nazik-şırımlıdır, tünd-qırmızı rəngə boyanmış və yuxarı hissədə budaqlanmış yaşıl, qısa-tüklü olan çoxillik ot bitkisidir.[4]

Çoxillik bitkidir. Gövdəsi al qırmızı, düz və şırımlı, 50-100 (120) sm hündürlükdə, qısatüklü, yaşıl bəzən boz rəngli, yuxarıdan budaqlı bitkidir. Yarpaqları qısasaplaqlı, qarşılıqlı, lansetvari yaxud yumurtavarilansetvari seqmentlərə bölünmüşdür; nadir hallarda yarpaqları bütöv, sadədir. Çiçəkqrupu sıx qalxanvaridir. Səbətləri azçiçəkli, 8 mm uzunluqda, 4-6 çəhrayı çiçəkdən ibarətdir. Toxumcaları 3 mm uzunluqda, dar uzunsov, 5 tinli, tünd rəngdədir; kəkili toxumcadan bir qədər uzundur.[5]

Yarpaq[redaktə | mənbəni redaktə et]

Yarpaqları çox qısa saplaq üzərində qarşı-qarşıya yerləşmiş, aşağı tərəfdə yerləşənlər bir qədər daha sıx və yumşaqtükcüklüdür; aşağı yarpaqları üç hissədən ibarətdir, seqmentləri neştərvari və yaxud yumurtaşəkilli-neştərvaridir, ucu sivri, kənarları isə mişarvari-dişlidir. Yuxarı yarpaqları sadə, neştərvari və yaxud yumurtaşəkilli-neştərvaridir, nadir halda gövdə üzərində bütün yarpaqlar bütöv olurlar.[4]

Çiçək[redaktə | mənbəni redaktə et]

Çiçək qrupu sıx olub, qalxqnvaridir. Səbət az çiçəklidir və 4-6 ədəd uzunsov çəhrayı rəngli çiçəklərinin uzunluğu 8 mm-ə qədər olub, uzunsovdur.[4]

Meyvə[redaktə | mənbəni redaktə et]

Toxumlarının uzunluğu 3 mm-ə yaxındır, qara, ensiz-uzunsovdur və 5 qabirğalıdır, uc hissədə yerləşən kəkili kələ-kötür tükcüklərdən ibarət olub, toxumlardan biraz uzundur.[4]

Çiçəkləməsi[redaktə | mənbəni redaktə et]

İyul-Avqust[4]

Meyvə verməsi[redaktə | mənbəni redaktə et]

Avqust-Sentyabr[4]

Azərbaycanda yayılması[redaktə | mənbəni redaktə et]

Samur-Şabran oval., Xəzəryanı, BQ (Quba), BQ şərq, BQ qərb, Alazan-Əyriçay, Kür düz., KQ mərkəzi, KQ cənub, Nax. düz., Lənk. dağ. Ovalıqdan subalp qurşağına qədər.[4]

Yaşayış mühiti[redaktə | mənbəni redaktə et]

Meşələrdə, rütubətli yerlərdə, bulaqların yanında və çay sahillərində rast gəlinir.[4]

Təsərrüfat əhəmiyyəti[redaktə | mənbəni redaktə et]

Gövdə və yarpaqlarından göy rəngdə boya almaq üçün istifadə olunur.[4]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Linnæi C. Species Plantarum (lat.): Exhibentes plantas rite cognitas ad genera relatas. 1753. C. 2. S. 838.
  2. Nurəddin Əliyev. Azərbaycanın dərman bitkiləri və fitoterapiya. Bakı, Elm, 1998.
  3. Elşad Qurbanov. Ali bitkilərin sistematikası, Bakı, 2009.
  4. 1 2 3 4 5 6 7 8 9 Eldar Şükürov.İsmayıllı rayonu meşə bitkilərinin bələdçi kitabı,Bakı 2016
  5. Validə M. Əlizadə, Naibə P. Mehdiyeva,Vüqar N. Kərimov, Aidə Q. İbrahimova BÖYÜK QAFQAZIN BİTKİLƏRİ (Azərbaycan) Bakı 2019