Kənan Pars

Kənan Pars (əsl adı: Kirkor Cezveciyan) — aktyor, Türkiyə ermənisi.

Kənan Pars
türk. Kirkor Cezveciyan
Doğum tarixi
Doğum yeri İstanbul
Vəfat tarixi (88 yaşında)
Vəfat yeri İstanbul
Vətəndaşlığı
Fəaliyyəti kinorejissor, aktyor, teatr aktyoru
Fəaliyyət illəri 1953-cü ildən
IMDb ID0663708
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Kənan Pars 1920-ci il martın 10-də İstanbulda anadan olub[1].

Aktyor 2008-ci il ildə anadan olduğu gündə də vəfat edib[1].

1953-cü ildən aktyor karyerasına başlayan Kənan Pars 50 il davam edən kino karyerasında 500-ə yaxın filmdə yer alıb. Bu göstəriciyə görə o, ən məhsuldar türk aktyorları içərisində ön sıralarda qərar tutub. Oynadığı çoxsaylı filmlərlə yanaşı Kənan Pars 6 filmə rejissorluq edib. 1961-1966-cı illər ərzində çəkilən “Oğlum”, “Derdimden anlayan yok”, “Cinayet gecesi” və “Aklin Durur” daha çox detektiv janrına yaxın idi. Filmlərin tamaşaçılar arasında uğur qazanmaması onu rejissorluqdan soyumasına səbəb olur. Mavi ekranda sərt xarakterli cani rollarını mahir yaradan aktyor bundan əlavə teatr tamaşalarında da rol alırdı[1].

  1. 1 2 3 Vüqar İsmayılov. "Türk kinosunun məşhur erməni aktyorları". Modern.az (az.). modern.az. 18.10.2013, 16:56. 2019-03-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-06-22.