Kənan Quliyev — Azərbaycanı təmsil edən güləşçi.
Kənan Quliyev | |
---|---|
Şəxsi məlumatlar | |
Tam adı | Kənan Quliyev |
Vətəndaşlığı | Azərbaycan |
İdman növü | Güləş |
Kənan Quliyev 2010-cu ildə yeniyetmələr arasında Azərbaycan Çempionatının qalibi oldu.
Kənan Quliyev 2010-cu ildə Sinqapurda baş tutan Yeniyetmələrin I Yay Olimpiya Oyunlarında mübarizə apardı.[1] Kənan Quliyev qrup mərhələsinin birinci görüşdə Kolumbiya nümayəndəsi Yerzon Hernandez ilə üz-üzə gəldi.[2] Həmin görüşdə Kənan Quliyev rəqibinə qalib gəldi — 2:0 (5:0, 2:1).[2] Növbəti görüşdə isə onun rəqibi Sinqapur nümayəndəsi Kester Çun Yu Lun oldu.[2] Bu görüşdə də Kənan Quliyev rəqibinə qalib gəldi — 2:0 (6:0, 7:0).[2] Qrup mərhələsinin üçüncü görüşündə Kənan Quliyev Avstraliya nümayəndəsi Cayden Lavrense üzərində təmiz qələbə qazandı.[2] Bununla da Kənan Quliyev qrup mərhələsini birinci pillədə başa vurdu və Sinqapur Olimpiadasının final görüşnə vəsiqə qazandı.[2] Həlledici görüşdə onun rəqibi Yaponiya nümayəndəsi Yuhi Tahahaşi oldu.[2] Gərgin idman mübarizəsi şəraitində baş tutan final görüşündə qalib gələn tərəf Yuhi Tahahaşi oldu — 2:0 (4:0, 4:0).[2] Bununla da Kənan Quliyev Yeniyetmələrin I Yay Olimpiya Oyunlarının gümüş medalına sahib oldu.[2]