Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyi Azərbaycan Respublikası Prezidentinin «Aqrar bölmədə idarəetmənin təkmilləşdirilməsi tədbirləri haqqında» 2004-cü il 23 oktyabr tarixli, 467 nömrəli Sərəncamına əsasən yaradılmışdır.
Dövlət Agentliyi aqrar bölmədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslərə dövlət dəstəyi məqsədilə kreditlərin cəlb edilməsini və təyinatı üzrə istifadəsini təmin edən icra hakimiyyəti orqanıdır.
Dövlət Agentliyi öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin normativ hüquqi aktlarını, qərar və əmrlərini rəhbər tutur. Dövlət Agentliyi müstəqil balansa, qanunvericiliyə uyğun olaraq,sərəncamında olan dövlət əmlakına, xəzinə və bank hesablarına, Azərbaycan Respublikasının dövlət gerbinin təsviri, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin və öz adı həkk olunmuş möhürə, müvafiq ştamplara və blanklara malikdir.
Dövlət Agentliyinin saxlanılması xərcləri Azərbaycan Respublikasının dövlət büdcəsi və qanunvericiliklə qadağan olunmayan digər mənbələr hesabına maliyyələşdirilir. Dövlət Agentliyi Bakı şəhərində yerləşir.
'''Dövlət Agentliyinin əsas vəzifələri:'''
yetirmək.
Dövlət Agentliyinin fəaliyyətinin təşkili Dövlət Agentliyinə Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri tərəfindən vəzifəyə təyin olunan və vəzifədən azad edilən baş direktor rəhbərlik edir. Baş direktor Dövlət Agentliyinə həvalə edilmiş vəzifələrin yerinə yetirilməsinə və funksiyaların həyata keçirilməsinə görə şəxsən məsuliyyət daşıyır. Baş direktorun təqdimatı ilə Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri tərəfindən vəzifəyə təyin olunan və vəzifədən azad edilən iki müavini vardır.
MÜVƏKKİL KREDİT TƏŞKİLATLARINA KREDİT XƏTTİNİN AÇILMASI, ONLARA XİDMƏT EDİLMƏSİ
Vəsaitlərin istifadə istiqamətləri, müddəti və şərtləri müəyyən olunmuş qaydada müvəkkil kredit təşkilatları ilə Agentlik arasında bağlanan müqaviləyə əsasən tənzimlənir. Hər bir müvəkkil kredit təşkilatı üçün 1000000 manat həcmini aşmamaq şərtilə ilkin kredit xətti müəyyən edilir. İlkin və növbəti kredit xəttinin həcmi müvəkkil kredit təşkilatının sifarişi əsasında Müsabiqə Komissiyası tərəfindən müəyyən edilir.
Müvəkkil kredit təşkilatları vasitəsilə kreditləşdirilən layihələrin məbləği həmin kredit təşkilatlarının məcmu (ümumi) kapitalı qədər ola bilər. Kredit İttifaqlarının cəlb etdiyi vəsaitin həddi Milli Bank tərəfindən təsdiq edilmiş kredit ittifaqlarının iqtisadi tənzimləmə normativləri (prudensial normativlər) haqqında qaydalarına uyğun müəyyən edilir. Kredit xətti açıldıqdan sonra 3 ay müddətində vəsait istifadə olunmazsa, kredit xətti üzrə vəsaitin istifadə olunmayan hissəsinə müvəkkil kredit təşkilatları tərəfindən komission haqqı ödənilir və kredit xəttinin istifadə olunmamış hissəsi Müsabiqə Komissiyasının qərarı ilə digər müvəkkil kredit təşkilatlarına yönəldilir.
Müvəkkil kredit təşkilatlarının Agentlik qarşısında öhdəliyi onların borcalanlarla olan münasibətlərindən asılı deyil. Borcalanlar tərəfindən kreditlərin qaytarılmasından asılı olmayaraq, müvəkkil kredit təşkilatlan Agentlik qarşısında öz öhdəliklərini yerinə yetirməlidirlər. Müvəkkil kredit təşkilatları Agentlik qarşısında öhdəliklərinin gecikdirildiyi hər gün üçün 0,1 faiz, lakin kreditin 10 faizindən çox olmamaqla cərimə ödəyirlər. Agentlik müvəkkil kredit təşkilatlarının öhdəliklərinə (o cümlədən layihə üzrə borcalanlar qarşısında) cavabdeh deyildir. Agentliyin vəsaitlərinin son istifadəçiləri aqrar sektorda fəaliyyət göstərən sahibkarlıq subyektləridir.
KREDİTLƏRİN BORCALANLARA (SON İSTİFADƏÇİLƏRƏ) AYRILMASI VƏ ONLARIN İSTİFADƏ EDİLMƏSİ
Vəsaitlərin kredit təşkilatlarına köçürülməsi ilə bağlı bank, məlumatlandırma və marketinq xərcləri bu Qaydaların 5.4-cü bəndində nəzərdə tutulmuş 2 faizin l/4-i hesabına ödənilir.
KREDİTLƏRİN HƏDDİ, MÜDDƏTİ VƏ FAİZLƏRİ Kredit vəsaitlərinin verilmə həddi:
Kredit vəsaitlərinin istifadə müddəti:
Verilən kredit vəsaitlərinə tətbiq edilən faiz dərəcələri: Agentlik cəlb etdiyi vəsaitləri illik 2 faiz tətbiq etməklə müəyyən edilmiş qaydada müvəkkil kredit təşkilatlarına verir; müvəkkil kredit təşkilatlan Agentliyin kredit vəsaitlərinə tətbiq etdiyi illik faiz dərəcəsinin ən yüksək həddi (bu bənddə nəzərdə tutulmuş 2 faiz daxil olmaqla) 7 faizdən artıq olmamalıdır.