Kənd Təsərrüfatı və Kənd İnkişaf Nazirliyi (Vyetnam)

Kənd Təsərrüfatı və Kənd İnkişaf Nazirliyi (vyet. Bộ Nông nghiệp và Phát triển Nông thôn) — Vyetnamda kənd yerlərinin inkişafı, kənd təsərrüfatınınaqrobiznesin idarə edilməsi, təşviqi və təkmilində cavabdeh olan nazirlik. Nazirliyin səlahiyyətlərinə meşə təsərrüfatı, akvakultura, irriqasiyaduz sənayesi aiddir. Nazirlik həmçinin, su ehtiyatlarının idarə olunması və daşqınlara qarşı mübarizədə iştirak edir.[1]

Kənd Təsərrüfatı və Kənd İnkişaf Nazirliyi
Ümumi məlumatlar
Ölkə
Yurisdiksiya Vyetnam
Yaradılma tarixi 1995
Baş qərargah
Rəsmi saytı mard.gov.vn/en/Pages/def…

Nazirlik bütün Vyetnamda 63 vilayət departamentini saxlayır. Nazirliyin özü Hanoyda yerləşir.

Kənd Təsərrüfatı və Kənd İnkişaf Nazirliyi 1987-ci ildən müxtəlif dövlət nazirliklərinin birləşməsi ilə yaradılmışdır: Kənd Təsərrüfatı Nazirliyi, Ərzaq Nazirliyi, 1987-ci ildə Kənd Təsərrüfatı və Qida Sənayesi Nazirliyinə birləşdirilmişdir; sonradan Meşə Təsərrüfatı Nazirliyi və Suvarma Nazirliyi əlavə edilərək bugünkü nazirliyin formalaşdırılması; eləcə də 2007-ci ildə Balıq Təsərrüfatı Nazirliyinin əlavə edilməsi. Nazirlik rəsmi olaraq 1995-ci ildə yaradılmışdır [2]

  1. MARD, About MARD and Development Arxiv surəti 17 yanvar 2009 tarixindən Wayback Machine saytında Arxivləşdirilib 17 yanvar 2009 at the Wayback Machine
  2. MARD, About MARD

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]