Kəraimlər milli rəmzləri — kəraim xalqının rəmzləri. O cümlədən, milli bayraqları, gerbi və senek ilə kalka damğaları.
Kəraimlər milli bayrağı üç bərabər həttən ibarət düzbucaq formadadır. Yuxarı hətti mavidir, orta hətt ağdır, aşağı hətt isə sarıdır. Mavi rəng göyün, ağ xeyirin, sarı isə günəşin və odun rəmzidir.[1]
Heraldik tirin formasında olan kəraimlər milli gerbində ikiboynuzlu mizraq (senek), kalkan, qava divarı və qazzanın ənənəvi qeyimi olan papaq ilə tallit var. Kəraimlərin milli rənqləri işlənilir: qala divarların arxa planı şəkildə göy işlənilib, silahın arxa planı ağdır, tirin isə sarı rəngdir.[2]
Bu gerb Trakayda kəraim kenasanın girişində və Vilnüs kenasanın mizində yerləşdirilib. 2008-ci ildə senek kəraimlərin rəmzi olaraq, Litvanın Panevej qəzasının Panevej rayonuda yerləşən Nauyamestis mesteçkonun gerbinə əlavə olunub.[3] O, həmçinin Litva və Polşa kəraimlərinin rəsmi saytlarında işlənilir.[4][5]
Təxminən 1929-cu ildə, kəraim əsilli Polşalı rəssam Lidiya Şole (1896–1943) qaxan (qaxan və ya qaxam kəraimlərin ruhani başçısıdır) üçün gerb hazırlayıb. Az sonra, bu gerb Reç Pospolitanın kəraimlərinin rəmzi olaraq qəbul olunub.[6]
Senekin mənşəyi ilə əlaqədar müxtəlif fikirlər mövcuddur. O cümlədən, onun qədim kəraim rəmzi olub-olmaması və onun Krım tatarlarının damğası olması haqqında.
Olmasını təsdiqləyən dəlillər:
Bu rəmzlərin Çufutqalanın Böyük qapı adlı şərqi qülləsində olması.
Yelyaşeviçin fikrinə görə, senek ilə kalka Çufutqalanın qədim ivrit dilindəki adında ilk hərflərindən gəlir: q.yəh. סלע עברים.[7]
Olmamasını təsdiqləyən dəlillər:
Orta qapının tikilişi zamanı kəraimlər bir azlıq olaraq, öz rəmzlərini ora yerləşdirə bilmirdi.[8]
Bu rəmzlər sadə, bəsit şəkildə kəsilmiş. O dövrdə kəraimlərin yaradıcılığı daha mürəkkəb xarakteri daşıyırdı.[8]
Bertye-Delaqard Yelyaşeviçi təndiq edərək, Çufutqalanın adı daha gec olmasını və onun adı yəhudilər qayası kimi yox, qala kimi tərcümə olduğunu qeyd edirdi.[9]