Çufutqala və ya Çıfıt qala (Kırımtatar dili: Çufut Qale, Ukrayna dili: Чуфут-Кале, Rusca: Чуфут-Кале, Karayca: Джуфт Къале, Cuft Kale) — Ukraynanın Krım Muxtar Respublikasında Bağçasaray yaxınlığında VIII-XIX əsrlər arasında yaşayış üçün istifadə edilmiş Orta əsr qalası və mağaralar.
Baxçasarayın yerləşdiyi dar dərənin şərq istiqamətindəki Zincirli mədrəsədən yuxarı baxanda, üzərində Çufutqalanın də yerləşdiyi böyük qaya kütləsi ilə üzləşilir. Qalanın şərq divarı hələ yaxşı vəziyyətdə qalmaqdadır (1396 - 1433).
Bağçasaraydan 3,5 km məsafədə, bir uçurum kənarında yerləşən Çufutqalaya çatmaq üçün, Zincirli mədrəsə yolundan davam etmək lazımdır. Çufutqala əsrlər əvvələ uzanan tarixi içində saxladığı əsərləri mühüm bir mədəniyyət xəzinəsidir. Eyni zamanda Krım Tatar tarixində də mühüm yer tutur.
Bağçasaray ətrafındakı əhəngli qayalıqlarda təbii aşınmalardan ibarət olan mağaralarda Neolit dövründən bəri bir çox millətlərdən olan insanlar yaşamışdır. Yəhudi qalası da deyilən Çufutqala bu sıldırım vadinin yamaclarına inşa edilmişdir. Çufutqaladakı mağaraların hər yerə çıxışları vardır. Bu mağaralar sülh zamanı saxlanma, müharibə zamanı müdafiə məqsədi ilə gizlənmək üçün istifadə edilmişdir. Müdafiə məqsədli güclü istehkamları, qüllələri, mağaraları, əlçatmaz divarları, təbii maneələri və uçurumları var. Şərqdən gələn təhlükələrə qarşı xalq məhsuldar və münbit vadilər yerinə bu mağaralarda yaşamışdılar. Mağaralarda rahiblərin yaşadığı hücrələr, çilə otaqları, yeraltı məzarları, məbəd və təsərrüfat təyinatlı binalar yerləşir.
Populyar mədəniyyətdə, Jasper Kent tərəfindən yazılmış "The Danilov Quintet" (Danilov Beşləməsi) adlı roman silsiləsinin ikinci kitabı olan "Thirteen Years Later" (On üç il sonra) adlı romanda Çufutqaladan ətraflı bəhs edilir.
Çufutqala Xəzər Türkləri dövründə VIII əsrdə tikilib. Ən erkən istinadlar qəsəbənin bir Bizans özünün forpostu olduğunu göstərir. 1299-cu ildə Tatarlar tərəfindən ələ keçirilmişdir.
Genuyalıların tərəfindən Potmay olaraq adlandırılan Çufutqalaya Qızıl Orda qoşunları tərəfindən fəth edildikdən sonra Gevherkermen adı verilmişdir. Yenə bəzi mənbələrdə buranın adı Çiftkale olaraq keçir.
Tatarlar qəsəbədə XVI əsrə qədər yaşamışdılar. Bu tarixdən sonra vadinin aşağısına köçüblər və indiki Bağçasarayda yaşamağa başlayıblar. Tatar hakimiyyətində Karaim (Karay) Türkü dükançılar və tacirlər qəsəbəyə məskunlaşmışdılar. Tatarlar köçdükdən sonra da orada yaşamağa davam etmişdilər.
Yəhudi dininə mənsub Karay Türkləri, dinlərini yaşama imkanları məhdudlaşınca, XIV əsrdən etibarən bu yalçın və sıldırım bölgəyə çəkilmişdilər. Çufutqala tam bir "qaya şəhər" təsiri bağışlayır. Qayalar yonularaq pilləkənlər, yağış sularının axdığı yəqin ki, yığılmasına də yarayan su kanalları, ərzaqların saxlandığı anbarlar və ibadət hücrələri, daşdan binalar və dini tikililər inşa edilmişdir.
Çufutqalada binalar, bir-birinə paralel iki prospekt üzərində yerləşdirilmişdir. Karay Türklərinin Gənə dediyi və XIV-XVIII əsrdə inşa edilmiş bu gün qismən bərpa edilmiş iki ədəd ibadətgah qalanın vadiyə baxan sıldırım tərəfində, dərənin başındakı yaylada yerləşir.
Karaimlərə görə, Karaizm bir Yəhudilik dini, müstəqil, fanatik olmayan, təktanrılı İbrahimin dinidir. Hazırkı Karaite dininin banisi Anan Ben David Eski Ahitte (Tövrat) yazılanlara geri dönüşü moizəsində bildirir. O Talmudic fikri rədd etmişdir. Bu din, Rabbinical Yəhudilikdən çox fərqlidir. Hazırda Krımda fəal bir Karaim icması vardır.
Kalede Karay Türklərinin yaratdığı əsərlərin başqa əsərlər də mövcuddur. Özbək Xandan sonra taxta çıxan qızıl Orda Xanı Canıbek Xan tərəfindən 1340-cı illərdə tikdirilən və Krım Xanı Hacı Gəray Xan tərəfindən təmir etdirilən (1454) Canıbek Xan Məscidi hazırda xarab bir vəziyyətdədir. Çufutqaladakı digər bir tarixi əsər olan Hanike (Caniyə) Xanım Türbəsi isə nisbətən yaxşı vəziyyətdədir. Qızıl Orda Xanı Toxtamış Xanın qızı olan və Krım daxilində olduqca fəal mövqedə yerləşən Hanike (Caniyə) Xanım vəfat edəndə özü üçün 1437-ci ildə bu türbəni inşa edilmişdir. VI və XII əsrə qədər qalanın içində xan ailəsinə məxsus başqa türbələr də var.