Kərbəla dilbəri (roman)

Kərbəla dilbəri (ərəb. غادة كربلاء‎) — Ərəb yazıçısı, tarixçisi, maarifçisi və publisisti Circi Zeydanın Kərbəla hadisəsindən bəhs edən romanı.

Kərbəla dilbəri
غادة كربلاء
Əsərin 2019-cu il azərbaycanca nəşrinin üz tərəfi
Əsərin 2019-cu il azərbaycanca nəşrinin üz tərəfi
Müəllif Circi Zeydan
Janr Roman
Orijinalın dili Ərəbcə
Orijinalın nəşr ili 1901
Tərcüməçi Eldar Məmmədov
Nəşriyyat Bakı Kitab Klubu (2008)
Səhifə 336
Tiraj 300
ISBN ISBN 978-9952-8087-8-0
Romanın azərbaycanca ilk (2008-ci il) nəşrinin üz tərəfi

Ərəb ədəbiyyatında tarixi roman janrının formalaşdırılmasında xüsusi rolu olan Circi Zeydan (1861-1914) məhəbbət və sədaqət rəmzi ola biləcək qəhrəmanlarını islam dininin yaranmasının ilk illərində baş vermiş hadisələrin, o cümlədən Kərbəla şəhidliyinin, içərisindən keçirərək bir-birinə qovuşdurur. Əsər, bir qədər sərbəst yozulsa da, tarixi faktlar və qeyri-adi vəziyyətlərlə zəngindir, maraqla oxunur və zamanının ruhunu oxucuya çatdırır. Min bir gecə nağıllarındakından heç də geri qalmayan sərgüzəştlərlə dolu, islam tarixinə hörülmüş məhəbbət romanı. Aleksandr Dümanın əsərlərinin xilafətin saray intriqaları, Mediçi üslubunda sui-qəsd və qətllərini təsvir edən ərəb analoqu. Eyni zamanda, Kərbəla düzündə İmam Hüseynin qətlini təsvir edəcək dərəcədə mötəbər bir əsər. Gənclər bu kitabı bir məhəbbət və sərgüzəşt romanı, yaşlılar isə islam dininin yaranmasının ilk illərinin xronikası kimi oxuya bilər.

Nəşr və tərcümə

[redaktə | mənbəni redaktə et]

Roman Eldar Məmmədov tərəfindən Azərbaycan dilinə tərcümə edilib, Bakı Kitab Klubunda 2008-ci ildə[1] 336 səhifədə, 300 tirajla, 2019-cu ildə isə 100 tirajla çap edilib.

Kitab Klubunun 2010-cu il yanvar monitorinqinə görə ən çox oxunan kitablar arasında 25-ci yerdə olub.[2]

  1. "Kərbəla dilbəri" (az.)). kitabklubu.org. 2017-10-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-02-01.
  2. "Kitab bolluğu, oxucu qıtlığı..." 2021-06-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-02-01.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]