Bu məqaləni vikiləşdirmək lazımdır. |
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Kərim Abulxaliq oğlu Kərimov (1917, Hil – 1987) — AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun "Dinamik möhkəmlik" şöbəsinin müdiri, fizika-riyaziyyat elmləri doktoru, professor, Ç. İldırım adina Azərbaycan Politexnik İnstitutunda (indiki Azərbaycan Texniki Universiteti) "Tətbiqi və hesablama riyaziyyatı" kafedrasının yaradıcısı və rəhbəri olmuşdur.[827 gündür mənbəsizdir]
Kərim Kərimov | |
---|---|
Kərim Abulxaliq oğlu Kərimov | |
Doğum tarixi | |
Doğum yeri | Hil, Quba qəzası, Bakı quberniyası, Rusiya imperiyası |
Vəfat tarixi | 1987 |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Elm sahəsi | mexanika-riyaziyyat |
Elmi dərəcəsi | fizika-riyaziyyat elmləri doktoru |
Elmi adı | professor |
İş yerləri | Azərbaycan Milli Elmlər Akademiyası Riyaziyyat və Mexanika İnstitutu |
Kərim Abulxaliq oğlu Kərimov 1917-ci ildə Azərbaycan Respublikası Qusar rayonunun Hil kəndində anadan olmuşdur. 1936-cı ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) mexanika-riyaziyyat fakültəsinə daxil olmuş və 1941-ci ildə bu universiteti bitirmişdir. Kərim Kərimov 1950-ci ildə Moskva Dövlət Universitetinin aspiranturasını bitirmişdir. 1950–1959-cu illərdə Azərbaycan Elmlər Akademiyasının (indiki AMEA-nın) Riyaziyyat və Mexanika İnstitutunda elmi işlər aparmaqla bərabər o, eyni zamanda Azərbaycan EA-nın aspirantura şöbəsinə rəhbərlik edib. 1959-cu ildən başlayaraq professor K. Kərimov Azərbaycan EA-nın Riyaziyyat və Mexanika İnstitutunun "Dinamik möhkəmlik" laboratoriyasına rəhbərlik etmişdir. Laboratoriyada materialların dinamik xassələrinin keçirilmiş tədqiqinə baxılmış və tədqiqatlar üçün nəzəri əsaslar verilmişdir. Əvvəllər hər hansı eksperimental bazanın olmadığı üçün mexaniki laboratoriya yaradılmışdır. Dinamik möhkəmlik üzrə materilların dinamik xassələrinin tədqiqini akad. X. A. Raxmatulinin və prof. K. A. Kərimovun elastik-plastik dalğalar nəzəriyyəsinə aid elmi işləri və onların materiallarının dinamik xassələrinin dalğa üsulu ilə təyin metodları təşkil edir. Professor K. Kərimov 1965-ci ildə doktorluq dissertasiyasını müdafiə etmişdir. 1967-ci ildə K. Kərimov professor adı almışdır. Professor K. Kərimov tərəfindən işlənmiş ən müasir texnika ilə əlaqədar xüsusi təyinatlı elmi tədqiqatlar bütün dünya riyaziyyatçilarına məlumdur. Professor K. Kərimov ABŞ, Polşa, Kanada, Rumıniya və digər ölkələrdə keçirilmiş konfranslarda, simpoziumlarda iştirak etmişdir. K. Kərimov tətbiqi mexanika üzrə Ümumdünya Konqresinin Astronavtika sahəsində 24-cü konqresinin üzvü olmuşdur. 1973-cü ildən başlayaraq professor K. Kərimov Ç. İldırım adina Azərbaycan Politexnik İnstitutunda (indiki Azərbaycan Texniki Universiteti) "Tətbiqi və hesablama riyaziyyatı" kafedrasının yaradıcısı və rəhbəri olmuşdur. Professor K. Kərimov 100-dən artıq elmi əsərin müəllifidir. Onun yetişdirmələrindən 40 elmlər namizədi, 8-i isə elmlər doktoru adına layiq görülmüşdür. Professor K. Kərimov 1987-ci ildə vəfat etmişdir.
1936–1941-ci illərdə Azərbaycan Dövlət Universiteti (indiki BDU), "Mexanika riyaziyyat" fakültəsi, tələbə
1946–1950-ci illərdə Moskva Dövlət Universiteti, aspirant
1965-ci il Azərbaycan EA-nın Riyaziyyat və Mexanika İnstitutu, elmlər doktoru
1967-ci il, professor
1950-ci il- Moskva Dövlət Universiteti, Fizika-riyaziyyat elmləri namizədi
1965-ci il -EA-nın Riyaziyyat və Mexanika İnstitutu, Fizika-riyaziyyat elmləri doktoru (01.02.04-Deformasiya olunan bərk cisim mexanikası)
1967-ci il- "Deformasiya olunan bərk cisim mexanikası" ixtisası üzrə professor
1942–1945-ci illərdə İkinci Dünya müharibəsındə döyüşmüşdür.
1950–1959-cu illərdə EA-nın Riyaziyyat və Mexanika İnstitutunda (indiki AMEA RMİ), Aspirantura şöbəsinə rəhbərlik etmişdir.
1959–1973-cü illərdə EA-nın Riyaziyyat və Mexanika İnstitutunda (indiki AMEA RMİ), "Dinamik möhkəmlik" laboratoriyasında laboratoriya rəhbəri
1973 −1987-ci illərdə Ç. İldırım adina Azərbaycan Politexnik İnstitutunda (indiki Azərbaycan Texniki Universiteti) "Tətbiqi və hesablama riyaziyyatı" kafedrasının rəhbəri
"U-13" - adlı qurğu yaradılmışdır. Bu qurğu vasitəsilə aparılan sınaqlar bərk cisim mexanikası sahəsində yüksək elmi və praktiki nəticələr əldə etməyə imkan vermişdir.[827 gündür mənbəsizdir]
Professor K. Kərimov ABŞ, Polşa, Kanada, Rumıniya və digər ölkələrdə keçirilmiş konfranslarda, simpoziumlarda iştirak etmişdir. K. Kərimov tətbiqi mexanika üzrə Ümumdünya Konqresinin Astronavtika sahəsində 24-cü konqresinin üzvü olmuşdur.
fəlsəfə doktorlarının sayı — 40
elmlər doktorlarının sayı — 8