Kərim Pənah oğlu Məmmədov (d.1916 indiki Ucar rayonu,Danabatan kəndi-20 noyabr 1987,Bakı,Azərbaycan Respublikası) — fizika-riyaziyyat elmləri doktoru,professor,1941-1945-ci illər müharibəsi iştirakçısı.
Kərim Məmmədov | |
---|---|
Kərim Pənah oğlu Məmmədov | |
Doğum tarixi | |
Doğum yeri | Ucar, Azərbaycan SSR |
Vəfat tarixi | |
Vəfat yeri | Bakı, Azərbaycan SSR |
Elm sahəsi | Bərk cisimlərin rentqenostruktur analizi |
Elmi dərəcəsi | fizika-riyaziyyat elmlər doktoru |
Elmi adı | Professor |
İş yeri | AMEA Fizika İnstitutu |
Elmi rəhbəri | S.O.Konobayevski |
Tanınır | rentgen şüaları tədqiqatçısı |
K.P.Məmmədov 1916 –cı ildə Ucar rayonunun Ənvər Məmmədxanlı kəndində(keçmiş Kirovkənd) anadan olmuşdur.Doğma kəndində 7-illik təhsil aldıqdan sonra Bakıda Rabitə-Elektrik Texnikumunu bitirmiş və 1934-ci ildə Bərdə rayonunun rabitə qovşağında ilk əmək fəaliyyətinə başlamışdır.Kərim müəllim 1936-cı ildə Azərbacan Dövlət Universitetinin (indiki BDU) fizika fakültəsinə daxil olmuş,1941-ci ildə indiki Bakı Dövlət Universitetinin izika-riyaziyyat fakültəsini bitirib SSRİ EA Geologiya İnstitutunun Azərbaycan filialında başlamışdır. Faşizmlə SSRİ arasında başlayan müharibədədə iştirak etmək üçün Sovet Ordusu sıralarına qatılmışdır. K.P.Məmmədov 1946-cı ildə Ordu sıralarından tərxis olunub Bakida,Qubkin adına Geodeziya İnstitutunda aspiranturaya qəbul olunur və Moskva Dövlət Universitetinin Rentgenoqrafiya laboratoriyasına ezam edilir. 1950-ci ilin mart ayında namizədlik dissertasiyasını müdafiə edib Bakıya qayıdan Kərim müəllim Fizika-Riyaziyyat institutunun Rentgenoqrafiya laboratoriyasında baş elmi vəzifəsinə qəbul edilir[1].
Rentgen şuaları vasitəsi ilə maddənin tədqiqi Azərbaycanda əsasən Neft-Kimya İnstitutunda geologiya-mineralogiya elmləri doktoru,professor A.Z.Verdizadə tərəfindən başlanmışdır.1946-ildə onun təşəbüsü ilə Fizika İnstitutunda da Rentqenquruluş təhlili laboratoriyası yaradilmişdir.1950-ci ildə Fizika-riyaziyyat elmləri namizədi K.P.Məmmədovun Rentgenquruluş təhlili laboratoriyasının rəhbəri təyin edilməsi ilə dərin elmi əhəmiyyət daşıyan mövzular üzərində tədqiqatlara başlandı.[2] K.P.Məmmədov Moskvada Rentgenoqrafiya laboratoriyasında işləyərkən kub şəkilli kristallarda rentqen süalarının səpilməsinə atomun anizatropluğunun təsirini tədqiq etmiş,aldığı nəticələr əsasında da namizədlik dissertasiyasını yazıb müdafiə etmişdir. "Kubik kristallarda atom form-faktorunun anizotropluğu" onun namizədlik işi olmuşdur.[3]
Bakıda isə Kərim müəllim elmi rəhbəri S.O.Konobayevskinin təklifi ilə Moskvada başladığı tədqiqatlarını davam etdirmişdir. O,kub şəkilli alüminium və almaz kristallarını tədqiq edərək kristal qəfəsində tltktron sıxlığının paylanma mənzərəsini müəyyənləşdirilmiş və buradan kimyəvi əlaqənin təbiətini aydınlaşdırmışdır.Məlum edilmişdir ki, Al atomu üçün elektron sıxlığının paylanması bircinsliliyə yaxın olur ki, bu metal əlaqəsi üçün səciyyəvidir,Almaz kristalında isə elektronların atom ətrafında paylanma anizatropiyasının müşahidə edilən kəskin dəyişməsi onda möhkəm yomopolyar əlaqənin səciyyəvi olduğunu göstərmişdir. Silisium və germanium kristalları rentqenodifraktometrik üsulla təqiq edilmiş,atomda elektron paylanmasının anizatropluğu öyrənilmişdir.Müəyyən olunmuşdur ki,karbon,silisium və germanium arasında atom sırası artdıqca elektron paylanmasının anizatropluğu azalır. Hətta, germanium üçün anizatropluq dərəcəsi o qədər azalmışdır ki, bu atom üçün səciyyəvi olan “qadağan edilmiş” interfeensiya mənzərəsi” müşahidə olunmamışdır.
1967-cı ildə Kərim müəllim fizika-riyyaziyat elmləri doktorluq dissertasiyasını müvəfəqqiyyətlə müdafiə etmişdir. Keçən əsrin 70-ci illərində Kərim müəllim müxtəlif tezlikli rentgenoqrafik,termoqrafik və mikroskopik üsullardan istifadə etməklə bərk cisimlərin kristallaşmasının və faza keçidlərinin kinetikasının öyrənilməsi istiqamətində təqdiqatlarını daha da genişləndirmişdir. Bu dövrdə elmi təcrübəsini və biliyini gənclərə öyrətməyə çalışan professor K.P.Məmmədov pedaqoji fəaliyyətlə də məşgul olmuşdur.O,Odessa dənizçilik məktəbinin Bakı filialında,Baki Dövlət Universitetində və Azərbaycan Dövlət Pedaqoji Universitetində fizikanin xüsusi kurslarından mühazirələr oxumuşdur.Nəhayət,Professor K.P.Məmmədov 1978-cı ildə müsabiqə yolu ilə Azərbaycan Dovlət Universitetinin Elektrik və Optika kafedrasının müdiri vəsifəsini tutmutmuşdur. Pedaqoji Universitetdə işlədiyi dövrdə Kərim müəllim “Optika”(I,IIvə III hissə) və “Optika və ftom fizikası” dərs vəsaitlərini yazib nəşr etditmiş,universitet tələbələrinin istifadəsinə vermişdir. 1976-cı ildən indiki Azərbaycan Dövlət Pedaqoji Universitetində "elektrik və optika " kafedrasının müdiri işləmişdir. O, "Rentgen quruluş təhlilin əsasları" adlı dərsliyi bu sahə üzrə Azərbaycan dilində ilk dərs vəsaitidir.
20 noyabr 1987-ci ildə Bakı şəhərində vəfat etmişdir.
"II dərəcəli Vətən müharibəsi" medalı,"Əmək veteranı","V.İ.Leninin anadan olmasının 100 illiyi ilə əlaqədar yubiley" medalı,"Qızıl Ulduz " ordeni,"Faşizm üzərində qələbənin 20 illiyi yubiley" medalı, "Faşizm üzərində Qələbənin 30 illiyi yubiley" medalı