Kərim xan Kəngərli

Kərim xan KəngərliNaxçıvan xanlığının sonuncu xanı. Onun hakimiyyət illəri fasilələrlə 1808-ci ildən 1827-ci ilə qədər davam etmişdir.[1] 1828-ci ildə Naxçıvan xanlığının ləğv edilməsindən sonra Ehsan xan Kəngərli Naxçıvan bölgəsinin qubernatoru təyin edildi. O, bu vəzifəsini Rusiya imperiyası tabeliyi altında yerinə yetirirdi.[2]

Kərim xan Kəngərli
1808 – 1808
ƏvvəlkiKəlbəli xan Kəngərli
SonrakıKəlbəli xan Kəngərli
Naxçıvan xanlığının XXIV xanı
1820 – 1822
ƏvvəlkiNəzərəli xan Kəngərli
SonrakıHüseyn Mirzə
Naxçıvan xanlığının XXVI xanı
1823 – 1826
ƏvvəlkiHüseyn Mirzə
SonrakıMəhəmməd Bağır xan Kəngərli
Naxçıvan xanlığının XXVIII xanı
1826 – 1828
ƏvvəlkiMəhəmməd Bağır xan Kəngərli
Şəxsi məlumatlar
Atası Kəlbəli xan Kəngərli (bəzi azsaylı iddialara görə)
Dini Şiə İslam

Kərim xanın Naxçıvan xanlığındakı hakimiyyəti fasilələrlə 1827-ci ilə qədər davam etmişdir.

Ailəsi barədə

[redaktə | mənbəni redaktə et]

Kərim xan türklərin Kəngərli tayfasına məxsusdur. Yaşadığı dövrdən elə indiyə qədər o, qaynaqlarda Kəlbəli xan Kəngərlinin qardaşı, qardaşının oğlu və bəzən də əmisinin oğlu olaraq adlandırılır. Tiflis arxivində saxlanılan qaynaqlardan bəlli olur ki, Kərim xanın İmamqulu xan adlı oğlu Heydərqulu xanın Telli Bəyim adlı qızı ilə evlənmişdir. Naxçıvan xanlarından biri olan Cəfərqulu xan da bəzən qaynaqlarda Kəlbəli xanın qardaşı və ya qardaşının oğlu olaraq adlandırılmaqdadır. Görünür Kəngərlilərin adət-ənənələri rus tədqiqatçılarının məsələləri qarışdırmasına yol açmışdır. Beləki bəzi türk tayfaları arasındakı qədim adətə görə ölmüş qardaşın arvadı ərin qardaşlarından biri tərəfi ilə yenidən evləndirilirdi.[2] Beləliklə, azərbaycanlı tədqiqatçıların bu cür adətin rus tədqiqatçıların Naxçıvan xanları arasında münasibətləri tam anlamasına əngəl olduqlarını düşünürlər. Bunları əsas gətirərək azərbaycan tarixçi Fərhad Nəğdəliyev bildirir ki, Kəlbəli xan ilə Kərim xan qardaş olmuşdurlar.[3][4]

Kərim xanın adı 1810-cu ilə aid sənədə keçməkdədir. Qacar ordusunun rəhbəri və vəliəhd şahzadə Abbas Mirzənin oğlu tərəfindən yazılmış bu məktubda Kərim xandan Qarabağı ələ keçirilməsi istənilirdi. Bu məqsəd üçün ona 1000 süvari də yardıma göndərilmişdi. Artıq iyun ayının əvvəllərində Kərim xan əmrində olan ordu ilə birlikdə Qarabağda əməliyyatlara başlamışdı. Onun Mehri istiqamətindəki yolları bağlamasından sonra bölgədəki rus komandanı general Nebolsin polkovnik Kortlyarevskiyə XVII Yaeger alayını götürərək Kərim xanın ələ keçirdiyi yeri geri almağa göndərir. Yürüşə başlayan Kortlyarevski Kərim xanın mövqeləndiyi yerə gəlir və baş verən toqquşmalardan sonra onu Ordubada doğru geri çəkilməyə məcbur edir. Bir qədər sonra isə Pyotr Stepanoviç gecə hücumu ilə birlikdə Mehrini ələ keçirir. Mehridəki Qacar qarnizonunun komandanı Pir Qulu xan Arazı keçərək Qaradağa, Kərim xan isə Naxçıvana gedir.

Nəticədə yürüşü uğursuz həyata keçirdiyi üçün Kərim xan Tehrana göndərilir və onun yerinə artıq vəfat etmiş Kəlbəli xan Kəngərlinin ən böyük oğlu Nəzərəli xan Kəngərli gətirilir. Lakin Kərim xan Kəngərli bir neçə ildən sonra yenidən Naxçıvanın xanı olmağı bacarır. O, 1813-cü ildə ikinci dəfə Naxçıvan xanı olmağı bacarır. 1816-cı ildə bu vəzifədən göndərilsə də, 1820-ci ildə yenidən xan təyin edilir. Bu dəfəki xanlıq müddəti 2 il davam edir.[4] 1822-ci ildə onun yerinə Hüseyn Mirzə təyin edilsə də, bir ildən sonra, yəni 1823-cü ildə Kərim xan yenidən Naxçıvan xanlığına təyinat almağı bacarır. Onun bu dəfəki xanlığq müddəti İkinci Rus-İran müharibəsinin başlaması ilə üst-üstə düşür. Buna görə də, Abbas Mirzənin oğlu onu xanlıq vəzifəsindən alıb, yerinə Məhəmmədbağır xan Kəngərlini təyin edir. Lakin Məhəmmədbağır xanın gözləntiləri doğrultmamasına görə onun yerinə elə həmin ildə yenidən Kərim xan Kəngərli xanlıq taxtına təyinat alır.[3]

1816-cı ildə general Yermolov Naxçıvana səfər edərkən Naxçıvanda olan Kəlbəli xan Kəngərli onu qarşılamışdı. Həmin zaman Naxçıvanın xanı olan Kəlbəli xan görüşmələr zamanı Yermolovun qalması üçün Kərim xan Kəngərlinin evini ayırmışdı.[5]

Rusiya imperiyası ilə mübarizəsi

[redaktə | mənbəni redaktə et]

18127-ci ildə Kərim xan özünün yeznəsi və birbaşa qohumu olan Ehsan xan Kəngərlini cəzalandırmaq qərarına gəlir.[6] Çünki Ehsan xan rus ordusuna yardım etməkdə idi. 17 iyulda Abbasabad yaxınlığında düşərgə salmış rus ordusuna Ehsan xan Naxçıvanski tərəfindən məlumat göndərilir. Məlumatda Ehsan xan ona qarşı hücum hazırlıqlarının getdiyini bildirirdi. Paskeviç təcili müvafiq addımları atdı və 19 iyul tarixində Tiflis piyada alayı, Qara dəniz kazakları və 6 atlı top general-mayor knyaz Vadbolskinin komandanlığı altında Ordubada göndərilir. Ehsan xan ilə görüşən Vadbolski ona 400 Qacar ordusunun istifadə etdiyi tüfəng, eləcə də top verir. Eyni zamanda Vadbolski tərəfindən Ehsan xan Naxçıvanski rus hökumətinin Naxçıvandakı hakimi təyin edilir. 21 iyulda Vadbolski və ordusu Ordubaddan çıxaraq Naxçıvana geri dönürlər. Yerli əhalinin bir hissəsi, eləcə də Şeyxəli bəyin ailəsi də onunla birlikdə Naxçıvana gedir. Ehsan xan və ətrafı isə Ordubadda qalmağa davam edirlər.

Ordubaddakı rus qüvvələrinin ayrılmasından iki gün keçdikdən sonra Kərim xan özünə sadiq Kəngərli süvariləri ilə birlikdə şəhər ətrafında ortaya çıxdı. O, Ordubadın ətrafındakı kəndlərə hücumlar təşkil etməkdə idi. Qafqazdakı rus hərbi əməliyyatları barədə yazmış general Potto bu hadisələr barədə bunu yazır:[6]

Yağma edərkən təxminən 70 nəfər ilə birlikdə Kərim özü Ordubad yaxınlığında olan erməni kəndi Siariyə doğru getdi. Ehsan xan təxminən 60 sərbaz ilə birlikdə kəndin köməyinə gəldi və Kərim xan məğlub edildi. Sərbazlardan biri ona tərəf qaçan döyüşçülərdən birini vurdu və Əliəkbər Sultan Daranı əsir götürdü. Paskeviçin sözü ilə desək Əliəkbər Sultan bu tərəflərdə çox məşhur biri idi.

Məğlubiyyət Kərim xanın qəzəblənməsinə səbəb olmuşdu. Abbas Mirzə tərəfindən yardım qüvvələri aldıqdan sonra yenidə Ordubada yürüş edildi. Bu dəfə onun tabeliyində 3 min nəfərlik ordu var idi. Ağır döyüşdən sonra şəhər ələ keçirildi. Ehsanı xanı dəstəkləyən qüvvələrin önəmli bir hissəsi qaçdı. Özü isə bir neçə yaxın Kəngərli üzvü ilə birlikdə qalaya sığındı. Qalada su olmamasına baxmayaraq, sona qədər mübarizə aparılması ilə bağlı qərar qəbul edildi. Hətta Ehsan xan mühasirəyə baxmayaraq, Paskeviçin yanına casus göndərərək ondan təcili yardıma gəlinməsini tələb etdi. Sonda avqust ayının 1-də rus qüvvələri Ordubada yaxınlaşmağa başladılar. Onlarla həlledici döyüşə girmək istəməyən Kərim xan geri çəkildə və Araz boyuna yollandı. Beləliklə də, Ehsan xan Kəngərli xilas olmuş oldu. 7 avqust tarixində Vərəndə kəndi yaxınlığında Knyaz Baqrationun tabeliyində irəliləyən rus ordusu Kərim xanın ordusu tərəfindən hücuma məruz qaldı. Kərim xanın tabeliyində 2 tabor sərbaz, iki min süvari və bir neçə kiçik top var idi. Özünəməxsus qətiliklə hücuma keçən Kərim xan rus ordusunu dəəyə sıxışdırmağı bacardı. Naxçıvandan yaxınlaşan başqa bir rus ordusunun bölgəyə gəlişi xəbəri Kərim xanı geri çəkilmə qərarı verməsinə yol açdı. Kərim xan bu dəstənin ön dəstəsinin böyük olmasına görə yanlışlıqla daha böyük bir ordunun yaxınlaşdığını düşünmüşdü.[7]

Ehsan xanı Ordubaddan çıxardıqdan sonra Kərim xan orada yerləşmiş və buradan mərkəz kimi istifadə edərək ətrafdakı yerlərə yürüşlər etmişdi.Lakin Paskeviçin komandanlıq etdiyi qüvvələrin tədricən öz vəziyyətii düzəltməyə başlaması ilə Kərim xanın ordusunda əhval-ruhiyyə pozulmağa başladı. Knyaz Eristovun komandanlığı altındakı ordu 1827-ci ilin sentyabrında Arazı keçərək Təbrizə doğru yürüşə başladıqları zaman Kərim xanın dəstəsində vəziyyət tamamilə dəyişdi. Naxçıvan xanını dəstəkləyən Kəngərli qüvvələri tərəf dəyişdirərək ruslar tərəfə keçdilər. Muravyov bu hadisələri belə təsvir edir:[8]

Bu keçid zamanı Kərim xanın nökərləri bizim yanımıza gəldilər, bunlar onun xidmətçiləri idilər və birlikdə onun ordusunu təşkil edirdilər. Bu zaman, ən azı 60-70 nəfər, Naxçıvan xanlığında yaşayan Kəngərli tayfasının ən yaxşı süvariləri bizim yanımıza gəldilər. Sonuncu Türk müharibəsi zamanı mən bizimlə yürüşdə iştirak edən Kəngərli süvariləri dəstəsində xidmət edən bu şəxslərdən bir neçəsini tanıdım. Nökər xidmətçi deməkdir, lakin bu xüsusilə hansısa sahibin komandanlığı altında onun üçün süvari kimi xidmət edən şəxsə deyilir. Bu başqaldırmış şəxslər öz rəhbərlərini tərk etdilər, çünki bilirdilər ki, Kərim xan artıq xanlığını ala bilməz və yəqin ki, artıq dəstəkləməyə imkanı olmayan bu adamların keçidi, bəlkə də, yenidən öz vətənlərində məskunlaşa biləcək nökərlər və onların xanlarının qarşılıqlı razılığının nəticəsi idi. Bu insanlardan azı biz ordumuzda qaldı, onların çoxu bizim icazəmizlə Naxçıvana döndü və uzun müddət dağlarda dolaşan xan öz mülklərini itirdi və bu barədə məlumat mənə Mərənddə verildi. O, yəqin ki, artıq müfəttişlər tərəfindən araşdırılıb və seçilib; Bizə gətirilən köhnə xalçalar, bərbad çay qabları, çarpayılar, mis qablar və digər məişət əşyaları inventarlaşdırılaraq xüsusi məmura təhvil verilir, o da onları nəcib ziyarətçisi olan iranlıların qəbullarında paylayırdı.

Naxçıvan xanlığı ərazisind yerləşən və Kərim xana məxsus olan bütün mülkiyyətlər müsadirə edildi və rus xəzinəsinə daxil edildi. 1830-cu illərin əvvəllərində Kərim xan rus hakim dairələri ilə əlaqə saxlayaraq geri dönmək niyyətinin olduğunu bildirdi. Onun oğlu Naxçıvanİrəvana gəlib bu məqsəd üçün çalışsa da, heç nə əldə edə bilmədi. Hər bir halda, Abbas Mirzə Kərim xan və digər Kəngərli bəylərinə Marağa xanlığı ərazisində kəndlər vermişdi.[8] Buna görə də, Kərim xan 1827-ci ildən sonra oraya köçdü.[9]

1808-ci ildə Kəlbəli xan ilə Kərim xanın ailəsi müəyyən mənada uzlaşmaya gələ bildilər. Kəlbəli xanın oğlu olan Ehsan xan Kərim xanın tək qızı olan Bədir Nisə Bəyim ilə evləndirildi.[8] Tiflis arxivində saxlanılan sənədlərdən aydın olur ki, Kərim xanın oğlu İmamqulu xan da Heydərqulu xanın oğlu Rəhim xan Kəngərlinin qızı Telli Bəyim ilə evlənmişdir.[2]

  • Фархад Нагдалиев. Ханы Нахичеванский в Российской империи / Научный ред. серии Э. Мамедли, оформление Ф. Нагдалиев. Москва: Новый Аргумент. 2006.
  • Musa Rəhimoğlu Quliyev. Naxçıvan xanlığının sonuncu xanı kim olub? Tariximilə bağlı mühüm bir sual üzərindən düşüncələr. anl.az. 2017.
  • Fuad Əliyev, Mirabdulla Əliyev. Naxçıvan xanlığı (1747—1828) (PDF). Bakı: Azərnəşr. Mahmud İsmayılov. 1996.
  • Western Asia in documents. Nakhichevan handwritten documents of the 17th and 19th centuries. 1936.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]