Kərkük döyüşü — İraq Təhlükəsizlik Qüvvələrinin Kərkük mühafəzəsini "Peşmərgə"dən geri almaq üçün həyata keçirdiyi hərbi müdaxilə. İraq "Peşmərgə"yə şəhərdən geri çəkilmək üçün dəfələrlə xəbərdarlıq etsə də, sonuncu onlara məhəl qoymamışdı[1] və bu, iki qüvvə arasında toqquşmalara səbəb olmuşdur.[2] Hücum əməliyyatına 15 oktyabr 2017-ci ildə başlanmış və ertəsi gün Kərkük şəhəri geri alınmışdır. Beynəlxalq koalisiya hadisələri "hücumlar yox, koordinasiyalı hərəkətlər" kimi qiymətləndirmişdir, çünki "Peşmərgə" qüvvələrinin əksəriyyəti döyüşmədən şəhərdən geri çəkilmişdir.[3][4] Buna baxmayaraq, 37–117 peşmərgə əsgəri həlak olmuşdur.[5][6][7]
Kərkük döyüşü | |
---|---|
Tarix | 20 oktyabr 2017 |
Yeri | |
|