Kərkük qətliamı — 14–17 iyul 1959-cu il tarixlərində İraqın Kərkük şəhərində baş verən qətliam. Hadisə zamanı kommunist zabitin rəhbərlik etdiyi İraq ordusunun ikinci diviziyasının əsgərləri və İraq Kommunist Partiyasına bağlı xalq müqavimət milislərinin üzvləri əsasən dinc türkmanlara qarşı qırğın törətmişdilər.[1] Hadisə zamanı 27 türkman və daha 4 qeyri-türkman öldürülmüşdür.[2] Hadisələrdən sonra sonra türkmanlar və kürdlər arasında münasibətlər gərginləşmişdir.[3]
Kərkük qətliamı | |
---|---|
Ümumi məlumatlar | |
35°28′ şm. e. 44°24′ ş. u.HGYO |