K.V.İvanov adına Çuvaş Dövlət Akademik Dram Teatrı (çuvaş Чăваш патшалăх К. В. Иванов ячĕллĕ академи драма театрĕ) — Çuvaşıstanın ən qədim teatrı, çuvaşların mədəniyyət mərkəzi.
K.V.İvanov adına Çuvaş Dövlət Akademik Dram Teatrı | |
---|---|
çuvaş Чăваш патшалăх К. В. Иванов ячĕллĕ академи драма театрĕ | |
| |
Ümumi məlumatlar | |
Əvvəlki adları |
Çuvaş dramı Çuvaş Sovet səyyar teatrı |
Teatrın tipi | Dram |
Əsası qoyulub | 1918 |
Mükafatları | |
Heyət | |
Direktor | Yuri Vladimirov |
Bədii rəhbər | Valeri Yakovlev |
Yerləşməsi | |
56°08′40″ şm. e. 47°14′59″ ş. u.HGYO | |
Ölkə | |
Yerləşir | Çeboksarı |
Ünvan | Rusiya, Çeboksarı şəhəri, Qızıl meydan, ev 7, 428032 |
|
|
drama21.ru | |
Vikianbarda əlaqəli mediafayllar |
Bədii rəhbər - SSRİ Xalq Artisti Valeri Yakovlev, teatr direktoru - Çuvaş Respublikasının Əməkdar Mədəniyyət İşçisi Yuri Vladimirovdur.
Teatr 1918-ci ildə Kazanda İ.S.Maksimov-Koşkinski tərəfindən qurulmuşdur. İlk dövrlər kollektiv "Çuvaş dramı", daha sonra "Çuvaş Sovet səyyar teatrı" adlandırıldı. Teatrın açılşı A.Ostrovskinin "İstədiyiniz şəkildə yaşamayın" tamaşası ilə olmuşdur.[1]
1920-ci ildə teatr Çeboksarıya köçdü. Teatrın repertuarı çuvaş dramaturqlarının pyeslərindən və rus klassiklərinin tərcümələrindən ibarət idi. Bundan əlavə çuvaş dilində tamaşalar oynanırdı.
1927-1939-cu illərdə. P.N.Osipov baş rejissor kimi teatra rəhbərlik etmişdir. Teatr sənətkarlarının orijinal sənəti çuvaş dramaturqları F.Pavlov, İ.Maksimov-Koşkinski, N.Ayzman, M.Trubina, L.Aqakov, A.Exsel, A.Kolqan, Y.Uxsay, V.Alaqer, L.Rodionova, V.Uhli, N.Terentyeva ve başqalarının pyesləri əsasında hazırlanmış ən yaxşı tamaşalarla ildən-ilə böyüyür və güclənirdi.
1936-1941-ci illərdə Teatrının truppasına Ulyana Timofeyevna Timofeyeva qəbul olundu. O, yüksək teatr təhsili alan ilk çuvaş dramatik aktrisası kimi tarixə düşdü.
1933-cü ildə teatra akademik, 1959-cu ildə isə şair Konstantin İvanovun adı verildi.
1947-ci ildə Rusiya teatr sənəti institutunun çuvaş studiyasının məzunları (M.M.Tarxanovun kursu) kollektivə qoşuldu. Sonrakı illərdə teatr ölkənin teatr universitetlərinin məzunları ilə tamamlandı. 1961-ci ildə - Rusiya teatr sənəti institutundan (rəhbəri SSRİ Xalq Artisti V.A.Orlov), 1972-ci ildə - Leninqrad Teatr, Musiqi və Kinematoqrafiya İnstitutundan (kursun rəhbəri Çuvaşıstan Respublikasının Əməkdar İncəsənət Xadimi A.İ.Katsman), 1983-cü ildə M.S.Şepkin adına Moskva Teatr Məktəbinin (Universitet) (rəhbər - Çuvaşıstan Respublikasının Əməkdar İncəsənət Xadimi V.K.Smirnov) məzunları teatra işə qəbul olundu.
1993-cü və 2002-ci illərdə M.S.Şepkin adına Moskva Teatr Məktəbindən (Universitet) məzunları (rəhbər-Çuvaşıstan Respublikasının Əməkdar İncəsənət Xadimi V.P.Seleznev) kollektivə qəbul edildi.
Hal hazırda teatr xarici dramaturqların əsərlərini səhnələşdirir. D.Marotta və B.Randone, J.Anuy; Rus klassiklərindən - A.Ostrovski, A.Puşkin, M.Roşçin, V.Rozov, S.Prokopyeva, Tokmakova və A.Larev; Çuvaş dramaturqlarından - N.Sidorov, N.Uqarin, A.Çebanov və G.Medvedevin əsərləri səhnəyə qoyulur.
Teatr binası 1961-ci ildə inşa olunub (Memar - A.Maksimov). 2001-2002-ci illərdə restavrasiya edilib. Çuvaşıstan Dövlət Akademik Dram Teatrının binası Çuvaşıstan Respublikası Nazirlər Sovetinin 29 oktyabr 1993-cü il tarixli 372 nömrəli Fərmanına əsasən memarlıq abidəsidir.
SSRİ Xalq Artistləri
Rusiya Federasiyası Aalq Artistləri:
Rusiya Federasiyasının əməkdar artistləri: