Kaali krateri

Kaali (est. Kaali kraater) və ya Kaalinyarvi (fin Kaalinjärvi) — Estoniyada meteorit krateri. Saaremaa adasında yerləşən bu krater 3470–3545 il əvvəl, holosen dövründə meteorit düşməsi nəticəsində yaranmışdır[1]. Tartu universitetinin 2016-cı ildə apardığı radiokarbon analizlərinə görə krater e.ə 1500–1600 illərdə yaranmışdır[2]. Kraterdə eyni adlı kiçik göl var. Kaali planetin səkkizinci ən gənc krateri hesab olunur.

Kaali krateri
est. Kaali kraater
Kraterin diametri 0,11 km
Ölkə  Estoniya
Kaali krateri xəritədə
Kaali krateri
Kaali krateri
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Ümumi məlumat[redaktə | mənbəni redaktə et]

Krater kənarında olan dolomit daşlar

Krater Kuressaare şəhərindən 18 km məsafədə, Kaali kəndi yaxınlığındakı meşədədir. Hündürlüyü 16–22 metr, diametri 110 metr olan kraterin kənarları böyük (4–7 m) dolomit bloklarlarla əhatələnib. Yaxınlıqda diametri 15 ilə 40 metr arasında olan səkkiz daha kiçik krater var.

Yerli əhali arasında kraterin yaranması ilə bağlı etioloji məlumatlar mövcuddur. XVIII-XIX əsrlərdə kraterin vulkan püskürməsi nəticəsində yaraması haqqında fikirlər mövcud idi. Digər ehtimala görə krater karst prosesi nəticəsində formalaşmışdır.

1937-ci ildə geoloq I. Reinvald tərəfindən kraterdən parçalanmış ağac və meteorit parçaları aşkar edildi. Meteorit 8,3 % nikeldən ibarət idi. Bu göstərici artıq əraziyə dəmir meteoritin düşməsini sübut edirdi.

Sonrakı illərdə kraterdə geniş araşdırma işləri aparıldı. Müəyyənləşdirildi ki, kütləsi 400 ilə 10.000 ton arasında olan bir meteorit şimali-şərqdən 15–45 km/s sürətlə yer atmosferinə daxil olmuş və atmosfer sürtünməsi nəticəsində kütləsini itirərək 5–10 km yüksəklikdə bir neçə yerə parçalanmışdır. Kütləsi 20–80 ton arasında olan ən böyük fraqment 10–20 km/s sürətlə yer səthinə çırpılmış və ən böyük krateri əmələ gətirmişdir. Digər səkkiz parça daha kiçik kraterlər formalaşdırmışdır.

Zərbə zamanı 80 TC (20 kiloton trotilə ekvivalent) enerji ayrılmışdır. Bu Hiroşimoya atılan bombaya bərabər idi. 6 km-lik radiusda olan meşə örtüyü yanmışdır.[3]

4227 Каали asteroidi kraterin adı ilə adlandırılmışdır. Krater Estoniyanın qorunan təbiət abidəsi hesab olunur. Kaali gölünün səviyyəsi mövsümdən asılı olaraq dəyişir. Yaz aylarında göl çevrəsinin uzunluğu 60 metrə çatır[4].

Kraterin panoraması

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Bianca Mikovitš. Teadlaste töö tulemus Kaali kraatri vanuse määramisel ühtib vana regilauluga Arxivləşdirilib 2016-01-27 at the Wayback Machine Maaleht, January 26, 2016
  2. "Кратер Каали и его меньшие сородичи с высоты". 2019-07-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-04-29.
  3. Siim Veski; Atko Heinsalu; Kalle Kirsimäe; Anneli Poska; Leili Saarse. "Ecological catastrophe in connection with the impact of the Kaali meteorite about 800–400 BC on the island of Saaremaa, Estonia" (PDF). Meteoritics & Planetary Science. 36 (3). 2001: 1367–1375. Bibcode:2001M&PS...36.1367V. doi:10.1111/j.1945-5100.2001.tb01830.x. 2017-08-11 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2020-04-29.
  4. "Глубина метеоритного озера Каали (Эстония)". 2023-07-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-04-29.