Kabil aeroportu

Hamid Kərzai adına Beynəlxalq Hava Limanı (puşt. د حامدکرزی نړيوال هوائي ډګر, dəri میدان هوائی بین المللی حامدکرزی) — Əfqanıstanın Kabil şəhərində yerləşən beynəlxalq aeroport. Kabilin mərkəzindən 5 km uzaqlıqda yerləşir.[1] 2014-cü ildə hava limanına Əfqanıstana 2001-2014-cü illərdə rəhbərlik etmiş Hamid Kərzainin adı verildi.[2]

Hamid Kərzai adına Beynəlxalq Hava Limanı
Xəritə

34°33′57″ şm. e. 69°12′44″ ş. u.HGYO


IATA: KBLICAO: OAKB
Ölkə
Açılış tarixi 1960
Rəsmi saytı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

1960-cı ilin əvvəllərində inşa edilmişdir.[3] SSRİ-nin Əfqanıstana müdaxilə etdiyi dövrdə (1979-1989-cu illər) hava limanı Qızıl Ordu tərəfindən tam nəzarətə alınmışdı. SSRİ-nin Əfqanıstandan çəkilməsindən sonra aeroport SSRİ-ni dəstəkləyən qüvvələrin nəzarətində qaldı. 2001-ci ildən sonra hava limanı ABŞ Ordusu, NATO və NATO-nun tabeliyində olan BTDQ-nin nəzarəti altına düşdü. 2002-ci ildən sonra BMT hava limanına tətbiq etdiyi sanksiyaları aradan qaldırdı və bundan sonra hava limanından mülkü uçuşlara icazə verildi. 2021-ci ildə Kabilin Taliban tərəfindən ələ keçirilməsindən sonra mülki uçuşlar ləğv edildi. Həmin dövrdə hava limanına ABŞ və NATO-nun sülhməramlı missiyasına daxil olan bir neçə dövlətin sülhməramlıları nəzarət edirdi. Son olaraq 30 avqust 2021-ci ildə hava limanında qalan ABŞ hərbiçilərinin də çıxarılması ilə hava limanı Talibanın nəzarətinə keçdi.

  1. "Hamid Karzai International Airport (Kabul)". hamidkarzaiairport.com. 8 December 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 February 2016.
  2. "Cabinet names Kabul Airport after Karzai". 6 October 2014 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 1 June 2015.
  3. Smith, Harvey Henry. Area Handbook for Afghanistan (fourth). Washington, D.C.: U.S. Government Printing Office. 1969. səh. 35. The Kabul airport, completed in 1960.... The airport and the terminal building were constructed and financed by the Soviet Union.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]