Kabilin süqutu — 15 avqust 2021-ci ildə Əfqanıstanın paytaxtı Kabil şəhərinin Taliban qüvvələri tərəfindən ələ keçirilməsi. Şəhərin tutulması Əfqanıstan Prezidenti Əşrəf Qəninin ölkəni tərk etməsindən bir neçə saat sonra baş tutdu. Kabilin süqutundan əvvəl artıq Əfqanıstanın əyalət mərkəzlərinin bir çoxu Taliban tərəfindən ələ keçirilmişdi. Bu proses ümumən ABŞ-nin Əfqanıstanı tərk etməsi ilə başlandı.[6]
Kabilin süqutu | |||
---|---|---|---|
Əfqanıstan müharibəsi Talibanın 2021-ci il hücumları | |||
| |||
Tarix | 15 avqust 2021 | ||
Yeri | Kabil | ||
Nəticəsi | Talibanın qələbəsi | ||
Münaqişə tərəfləri | |||
|
|||
Komandan(lar) | |||
|
|||
Tərəflərin qüvvəsi | |||
|
|||
|
|||
Vikianbarda əlaqəli mediafayllar |
Əfqanıstan hökuməti və Taliban arasındakı danışıqlarda hakimiyyətin sülh yolu ilə ötürülməsi haqqında qərar qəbul edildi. Lakin hökumət iqtidarın keçid hökumətinə verilməsini istəsə də, Taliban bunu qəbul etmir və iqtidarın birbaşa onlara verilməsini tələb edir. Həmçinin bəzi "NATO" qüvvələri Əfqanıstanda qalaraq öz vətəndaşlarının təxliyəsi üçün təhlükəsizliyi təmin edirlər.[7]
Taliban və ona müttəfiq olan silahlı qruplar 1 may 2021-ci ildə, ABŞ qoşunlarının əksəriyyətinin Əfqanıstandan çıxarılması ilə paralel olaraq Əfqanıstan hökumətinin nəzarət etdiyi ərazilərə genişmiqyaslı hücumlar başlatdılar. Bu basqınlara tab gətirməyən Əfqanıstan Ordusunda xaos yarandı və avqustun ortalarına qədər yalnız iki silahlı qrup fəaliyyətini davam etdirdi. Bunlara Kabildə yerləşən 201-ci korpus və 111-ci diviziya daxil idi. Mehtarlam, Şaran, Qardez, Əsədabad şəhərlərinin və digər şəhərlərin, həmçinin Kabilin şərqindəki rayonların da ələ keçirilməsi ilə paytaxt mühasirəyə salındı.[5] Beləliklə, tərəflər arasındakı danışıqlarda şəhərin sülh yolu ilə Talibana verilməsi qəbul edildi və 15 avqust 2021-ci ildə şəhər Talibana təslim oldu.