Kabuslu türk hamamı (怪猫トルコ風呂, Kaybyo toruko furo?) – 1975-ci ildə Kazuhiko Yamaquçinin rejissorluğu ilə çəkilmiş Yaponiya istehsalı erotik qorxu filmi.[2][3] Film qorxu janrının kaybyo və ya bakemono altjanrına aiddir. Filmdə türk hamamında işləyən qız sevgilisi tərəfindən öldürüldükdən sonra qisas almaq üçün pişik bədheybətinə çevrilir.[4]
Kabuslu türk hamamı | |
---|---|
Kaybyo toruko furo (怪猫トルコ風呂?) | |
| |
Janr | erotik film |
Rejissor | Kazuhiko Yamaquçi |
Ssenari müəllifləri |
Masahiro Kakefuda Nobuaki Nakacima |
Baş rolda | Naomi Tani |
Bəstəkar | Cun Fukamaçi |
İstehsalçı | Toei Company[1] |
İlk baxış tarixi | 29 yanvar 1975 |
Müddət | 81 dəq. |
Ölkələr | Yaponiya |
Dil | yaponca |
IMDb | ID2393868 |
2022-ci ildə Mondo Macabro filmin 2K keyfiyyətdə olan versiyasını A regionunda Blu-ray formatında buraxmışdır.[5]