Kadin adası (ing. Kadin Island) — Aleksandr arxipelaqına aid olan, Alyaskanın cənub-şərqində yerləşən ada.
Kadin adası | |
---|---|
ing. Kadin Island | |
Ümumi məlumatlar | |
Əhalisi | 0 nəfər (2000-ci il) |
Yerləşməsi | |
56°31′44″ şm. e. 132°27′02″ q. u. | |
Ölkələr | |
Arxipelaq | |
Akvatoriya | |
|
|
|
Vrangel adasından 7 km şimal-qərbdə, Stikin çayının mənsəbi ilə üzbəüz ərazidə yerləşir. Adanın uzunluğu təxminən 3,5 km-dir. Ən yüksək nöqtəsi dəniz səviyyəsindən 424 m hündürlükdədir.
Ada 1863-cü ildə Rında korvetindən olan rus ekspedisiyasının iştirakçıları tərəfindən adlandırılmışdır. Ekspedisiyanın üzvlərindən biri, Atkada anadan olmuş aleut əsilli losman Mixail Kadinin şərəfinə bu adı alır. 1848–1850-ci illərdə Kadin Tebenkovun atlasında bu yerlərin xəritələrini çəkmişdir[1].