"Kafedral" (ukr. Собор) — Ukraynalı sovet yazıçısı Oles Qonçarın 1967-ci ildə yazdığı roman.[1]
Kafedral | |
---|---|
ukr. Собор | |
Janr | roman |
Müəllif | Oles Qonçar |
Orijinal dili | ukrain dili |
Yazılma ili | 1967 |
Nəşr ili | 1968 |
Bu kitab "Ölməzdən əvvəl oxumalı olduğumuz 1001 kitab" siyahısına daxil edilib.[2].
Kafedral romanı dörd il ərzində ərsəyə gəlmiş romandır (1964-cü ildən 1967-ci ilə qədər). Oles Qonçar əsərində real hadisələri və faktları əsas götürmüşdür.
Romanın əsas süjetini mənəviyyatın dirçəlişi, xalqın tarixi yaddaşı uğrunda mübarizə dayanır. Dnepropetrovsk vilayətinin Novomoskovsk şəhərindəki Üçlük kafedralı romanda müqəddəs və hər şeyin simvolu kimi qabardılmışdır. Ancaq roman kədərli bir tale ilə qarşılaşır. Sov.İKP Dnepropetrovsk vilayət komitəsinin birinci katibi Vaçenko özünü qəhrəmanlardan birinin obrazı kimi göstərildiyini iddia edir və bundan sonra müəllifə qarşı təqiblər başlayır.[3]
Roman yalnız “Otçizna” jurnalında (1968) çap olundu[5] və kitabın artıq çap olunmuş nəşri müsadirə olunur, romanın rus dilinə tərcüməsi də dayandırılır. Digər ukraynalı yazıçıların əsəri müdafiə etmək cəhdlərinə baxmayaraq, ona qadağa qoyuldu və uzun müddət romanın adı çəkilmədi.
Bu roman təkcə Ukrayna ədəbiyyatı üçün əhəmiyyət kəsb etmirdi. 1971-ci ildə Litva şairi Yustinas Martsinkevikius əsərdən təsirlənərək Litva xalqının mənəvi kafedralı haqqında dram şanrında şeir "Kafedral" şeirini yazıb.
1974-cü ildə belarus yazıçısı İvan Şamyakin Oles Qonçarın "Kafedral" əsəri ilə konseptual şəkildə iç-içə olan "Atlanti və Karyatidlər" (belar. «Атланты і карыятыды», 1974) əsərini yazıb.