Kaiyodo Kappa Muzeyi (海洋堂かっぱ館, Kaiyodo Kappa-kan?) – Yaponiyanın Koçi prefekturasının Şimanto qəsəbəsində yerləşən muzey. Yapon folklorunda olan əfsanəvi varlıqlar olan kappalara həsr olunmuşdur. Muzey oyuncaq istehsalı ilə məşğul olan "Kaiyodo" şirkəti tərəfindən yaradılmışdır.[1]
Kaiyodo Kappa Muzeyi | |
---|---|
![]() | |
Əsası qoyulub | 7 iyul 2012 |
Açılış tarixi | 7 iyul 2012 |
Mövzu | kappa[d] |
Ölkə | |
Yerləşir | Şimanto[d] |
33°09′45″ şm. e. 133°02′18″ ş. u. | |
ksmv.jp/kappakan/ |
Kaiyodo Kappa Muzeyi 7 iyul 2012-ci ildə Kaiyodo Hobbi Muzeyinin filialı kimi yaradılmışdır. Hər iki muzey bir-birinə yaxın yerləşir.[1]
İkimərtəbəli muzey binasının ətrafında bir çox kappa heykəlciyi yerləşdirilib: muzeyin qarşısındakı körpüdə, muzey həyətində, avtomobil dayanacağında, hətta skamyaların altında kappa heykəlləri yerləşir. Muzeydə kappa incəsənət müsabiqəsinin qalibi olmuş işlər sərgilənir. Burada kiçik pazl hissələrindən, metaldan, plastik butulkalardan, parçadan hazırlanmış müxtəlif kappa heykəlcikləri nümayiş etdirilir.[1] Ümumilikdə, muzeyin kolleksiyasına 1300-dən çox kappa heykəli daxildir.[2]
Muzeyin mağazasında kappalara aid suvenirlər satılır.[1] Muzey binasının arxasında kappalara həsr olunmuş şinto məbədi yerləşir.