Kalandr

Kalandr prosesi
Kalndrlarda diyircəklərin yerləşməsi

Kalandr süni materialların qızdırılmış halda ən azı iki val arasından keçirməklə nazik təbəqələrin hazırlanması üçün tətbiq olunan yayma maşınıdır. Yayılan materialın hazırlanması və qızıdırılması kənarda, başqa qurğuda yerinə yetirilir. Material vallar arasında emal olunduqdan sonra o, xüsusi qurğunun köməyi ilə tutulur və burada soyuma, bərkimə, yığma və ya kiçik hissələrə doğrama əməliyyatı icra olunur. Bir-birinə qarşı fırlanan, 2÷5 sayda və kiçik araboşluqlara malik vallarla təchiz olunmuş kalandrlar daha geniş yayılmışdır. Xüsusi maşınlarda bir və iki əlavə valldan istifadə olunur. Standart kalandrlar F və L quruluşuna malikdirlər. Valların diametri 400÷850 mm, eni isə 1200÷3000 mm arasında yerləşir. Vallar dayaq formalı gövdədə bərkidilirlər. Vallardakı temperatur onun daxilindən keçən maye ilə tənzimlənir. Kalandr valları metaldan hazırlanaraq işçi səthləri pardaqlanır. Kauçuk qarışıqlarının hazırlanmasında və plastifikləşdirilməsində də kalandrların istifadəsinə rast gəlinir. Bu halda kalandr iki, böyük qarşı-qarşıya müxtəlif sürətlərlə fırlanan vallardan ibarət olur. Vallar arası məsafə pilləsiz tənzimlənə bilir. Vallar arasına verilən material yüksək təzyiq və kəsmə qüvvələrinin təsirindən plastifikləşir, qarışdırılır və uzadılır.