Kaleydoskop

Kaleydoskop borusu vasitəsilə görünən nümunələr
Oyuncaq kaleydoskop borusu

Kaleydoskop — içinə baxıldığında rəngli naxışlar görülən bir əşya. Bu naxışlar, işığın əks olunmasıyla əldə edilir və durbin hərəkət etdirildikcə davamlı dəyişir. "Kaleydoskop" sözü yunanca kalos (gözəl)[1], eidos (forma)[2] və scopos (izləmək)[3] sözlərinin birləşməsindən yaranmışdır. Durbin şotlandiyalı David Brüster[4] tərəfindən 1816-cı ildə işığın polyarlaşdırılmasından[5] faydalanaraq icad edilmiş və 1817-ci ildə ona patent alınmışdır.

Durbinin içərisi qara, ya da tünd bir rəngə boyalıdır. İçində arasında 60 dərəcəlik əyilən bir-birinə bitişik iki ayna, aynaların arasında rəngli şüşə parçaları, tüklər, pullar, incə muncuqlar və s. kimi vəsaitlər olur. Bu durbinin bir ucundan baxıldığında şəkil dəyişdirən çoxbucaqlılar, əksəriyyətlə bir daha eyni olmayacaq görünüşlər görülür.

  1. καλός Arxivləşdirilib 2014-03-17 at the Wayback Machine, Henry George Liddell, Robert Scott, A Greek-English Lexicon, on Perseus
  2. εἶδος Arxivləşdirilib 2013-05-25 at the Wayback Machine, Henry George Liddell, Robert Scott, A Greek-English Lexicon, on Perseus
  3. σκοπέω Arxivləşdirilib 2012-03-14 at the Wayback Machine, Henry George Liddell, Robert Scott, A Greek-English Lexicon, on Perseus
  4. Brewster, David. The Kaleidoscope: Its History, Theory, and Construction with its Application to the Fine and Useful Arts (2). J. Murray. 1858. 2016-12-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-09-10.
  5. Brewster, David. The Kaleidoscope: its History, Theory, and Construction with its Application to the Fine and Useful Arts (2). J. Murray. 1858. 2016-12-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-09-10.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]