Kalidu Sidibe (28 yanvar 1999-cu ildə anadan olub) — Liqa 1 təmsilçilərindən olan Tuluza klubunda yarımmüdafiəçi kimi çıxış edən peşəkar Fransa futbolçusudur.[2]
Kalidu Sidibe | |||||||||||||||||||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Ümumi məlumatlar | |||||||||||||||||||||||||||||||
Tam adı | Kalidu Sidibe | ||||||||||||||||||||||||||||||
Doğum tarixi | |||||||||||||||||||||||||||||||
Doğum yeri | Montrey, Fransa | ||||||||||||||||||||||||||||||
Vətəndaşlığı | |||||||||||||||||||||||||||||||
Boyu | 200[1] | ||||||||||||||||||||||||||||||
Mövqeyi | Yarımmüdafiəçi | ||||||||||||||||||||||||||||||
Klub haqqında məlumat | |||||||||||||||||||||||||||||||
Klub | Tuluza | ||||||||||||||||||||||||||||||
Nömrəsi | 26 | ||||||||||||||||||||||||||||||
Karyerası | |||||||||||||||||||||||||||||||
|
|||||||||||||||||||||||||||||||
|
|||||||||||||||||||||||||||||||
Vikianbarda əlaqəli mediafayllar |
Sidibe Paris şəhərinin müxtəlif klublarında çıxış etdikdən sonra 2017-ci ildə Tuluza klubu ilə ilk peşəkar müqaviləsini imzalamışdır.[3] Sidibe peşəkar karyerasında debütünü 31 oktyabr 2018-ci ildə Loryan klubuna qarşı oyunda etmişdir. O, 90 dəqiqə meydanda mübarizə aparmışdır. Fransa Kuboku görüşündə Tuluza rəqibinə 0-1 hesabı ilə məğlub olmuşdur.[4] O, Liqa 1-də debütünü isə 3 noyabr 2018-ci ildə Strasburq klubuna qarşı oyunda etmişdir. O, 73-cü dəqiqədə Con Bostok ilə əvəz olunmuşdur. Liqa görüşündə Tuluza rəqibi ilə 1-1 hesabı ilə bərabərə qalmışdır.[5]
Sidibe Fransada anadan olmuşdur. Valideynləri isə Mali vətəndaşlarıdır.[6]
Klub | Mövsüm | Liqa | Kubok | Liqa Kuboku | Avropa | Digər | Ümumi | |||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Diviziya | Oyun | Qol | Oyun | Qol | Oyun | Qol | Oyun | Qol | Oyun | Qol | Oyun | Qol | ||
Tuluza | 2018–19 | Liqa 1 | 5 | 0 | 1 | 0 | 0 | 0 | 0 | 0 | 0 | 0 | 6 | 0 |
Ümumi karyera | 5 | 0 | 1 | 0 | 0 | 0 | 0 | 0 | 0 | 0 | 6 | 0 |