Klement Miçelin (11 may 1997-ci ildə anadan olub) — Liqa 1 təmsilçilərindən olan Tuluza klubunda müdafiəçi kimi çıxış edən peşəkar Fransa futbolçusudur. Miçelin həmçinin Fransanın gənclər yığmalarından olan U-17 komandasının üzvüdür.
Miçelin Liqa 1-də debütünü 20 sentyabr 2016-cı ildə Lill klubuna qarşı oyunda etmişdir. O, 61-ci dəqiqədə İssiaqa Sillanı əvəz etmişdir. Həmim görüşdə Tuluza Lillə səfərdə 2-1 hesabı ilə qalib gəlmişdir.[1]