Kalkulyator — hesab əməliyyatları üçün istifadə olunur.
Hesabın əsas əməliyyatlarını yerinə yetirmək üçün istifadə olunan, kiçik portativ, adətən ucuz elektron cihazdır. Müasir kalkulyatorlar çox kompyuterlərdən daha portativ dirlər lakin PDAların çoxunun ölçüsün əl kalkulyatorlar ilə müqayisə etmək olar.
1964-cü ildə Sharp şirkəti tərəfindən element bazası tranzistor olan ilk stolüstü kalkulyator istehsal edilmişdir.
Calculator latın sözü «hesabdar» sözündən, o isə calculo «sayıram» feildən yaranıb. O isə öz növbəsində calculus «xırda daş» sözündən yaranıb (keçmişdə xırda daşlar saymaq üçün istifadə edilirdi).
1820-ci ildə fransız ixtiraçı və sahibkar Tomas de Kolmarın (Charles Xavier Thomas de Colmar) yaratdığı, dünyada ilk kalkulyator olan arifmometr satışa çıxarılmışdır.[1]