Kalver tıs-tısı

Kalver tıs-tısı (lat. Acantholimon calvertii) — plumbaqokimilər fəsiləsinin tıs-tıs cinsinə aid bitki növü.

Kalver tıs-tısı
Elmi təsnifat
Beynəlxalq elmi adı

Təbii yayılması[redaktə | mənbəni redaktə et]

Cənubi Qafqaz, Türkiyədə təbii halda yayılmışdır. Türkiyənin şimal-şərqindən təsvir olunmuşdur.

Botaniki təsviri[redaktə | mənbəni redaktə et]

Yastıqları incə budaqlı olub, yaşıldır. Yarpaqları çox ensiz, uzun, xətli olub, yastılaşmış formada və kənarları boyunca nahamardır. Çiçək qrupu bir qədər yarpaqlardan uzun, çiçək qrupunun oxu tükcüklüdür. Sünbülcükləri 5-7-dir. Kasacığın borucuğu demək olar ki, çılpaq və ya zəif tükcüklü olub, büküyü qırmızımtıldır. Çiçəkyanlıqları çılpaqdır. Görünüşünə görə A. glumaceum növünə oxşayır.

Ekologiyası[redaktə | mənbəni redaktə et]

Kserofitdir. 850–1700 m hündürlükdə, daşlı-çınqıllı yamaclarda və əhəngdaşlı torpaqlarda yaxşı bitir. Torpağa tələbkar olmayan, işıqsevən, quraqlığa, istiyə dözümlü, həmçinin şaxtayadavamlı bitkidir.

Azərbaycanda yayılması[redaktə | mənbəni redaktə et]

Naxçıvan MR-da Sədərək rayonu ərazisində yayılmışdır.

İstifadəsi[redaktə | mənbəni redaktə et]

Kalver tıs-tısı dağlıq sahələrin bərkidilməsində və quraqlıq ərazilərin yaşıllaşdırılmasında istifadə edilə bilər.

Ədəbiyyat[redaktə | mənbəni redaktə et]

  • Tofiq Məmmədov, Elman İsgəndər, Tariyel Talıbov. Azərbaycanın nadir ağac və kol bitkiləri. Bakı: Elm, 2014, 380 səh.