Kam şot (ingiliscə ekvivalenti olan cum shot terminiAzərbaycan dilinə tam tərcümədə "menin atışı" kimi tərcümə olunur) pornoqrafiyada kişi porno aktyorun spermasını adətən cinsi partnyorunun və ya hər hansısa digər bir obyektin üzərinə buraxdığı anı təsvir etmək üçün istifadə olunan termindir.[1][2][3] Bu hərəkət əsasən qadınların cinsiyyət nahiyələrinə, ombalarına, sinələrinə, dilinə və ya üzünə edilən sperma fışqırdılmasına verilən addır. Cinsi partnyorun üstünə eyakulyasiyacinsi fetişizmin müxtəlif növlərində, xüsusən də bukkakedə olduqca geniş yayılmışdır.[4][5] Pornoqrafik xarakterli filmlərin və serialların çəkilişində pornoqrafik filmi çəkən rejissor üçün boşalma səhnəsini çəkməkdə məqsəd bundan ibarətdir ki, pornoqrafik filmdə nümayiş etdirilən seksual hərəkətlərin real olduğunu və pornoqrafik filmdə iştirak edən kişi porno aktyor üçün seksin bitmiş olduğunu izləyiciyə sübut etməkdir.[6][7][8] Kamşotun bir növü olan sifətə eyakulyasiya aktı müasir zamanın pornoqrafik filmlərində, seriallarında, videolarında müntəzəm olaraq səhnəni bitirmək üçün bir yol kimi istifadə olunur.[9][10]
Bəzi feminist tənqidçilər, qadın partnyorun üzərinə edilən eyakulyasiya səhnələrinin qadını obyektivləşdirdiyini və qadınmizoginiyasını yaratdığını iddia etmişdirlər.[11][12][13][14][15][16][17][18] Digər tərəfdən, feminist yazıçı Susan Faludi kişilər üçün oral seks edən qadın səhnələrinin kişiləri obyektivləşdirdiyini iddia etmiş və iddiasını belə əsaslandırmışdır ki, bu səhnələrdə kişinin cinsiyyət orqanı istisna olmaqla, onun bədəninin yerdə qalan bütün hissələri kameradan kənarda qalır. Digər tərəfdən, seksoloq Peter Sándor Gardos bu cür səhnələrə baxmağı sevən kişilərin qadınlar haqqında müsbət fikirləri olduğunu iddia etmişdir.[19][20][21]