Kamal (naviqasiya)

sadə taxta kamal

Kamal, həmçinin kəşəbə kimi də adlanan coğrafi enliliyi göstərən astronomik naviqasiya cihazı.[1] İlk dəfə IX əsrdə ərəb dənizçiləri tərəfindən tərtib edilən cihaz, Hind okeanında geniş istifadə olunub.[4][2] Daha sonra hind və çin dənizçiləri tərəfindən də XIX əsrə gədər geniş istifadə olunub.[3] Kamal quruluşca çox sadə bir cihaz olub, amma eyni zamanda çox effektli bir cihaz olub və məhz buna görə də Vasko de Qama tərəfindən bu cihaz istifadə edilərək Afrikanı dolayıb Hindistana gedib çıxa bilmişdir.[1] Kamalın kəşf olunması vaxtında məlum olan ən geniş dənizdə enlikdə üzmə səyahətinin həyata keçirilməsinə imkan vermişdir və beləliklə naviqasiyada kəmiyyət hesablamaların ən birinci addımlarından oldu.[3][2]

Təsvir[redaktə | mənbəni redaktə et]

Kamalın istifadəsinin yandan görünüşü. Aşağı tərəfi üfüqlə bərabərləşdirildiyi zaman, yuxarı tərəf ulduzun yüksəkliyinə işarə edir.

Cihaz taxta parçasınından və ortasına bağlanmış müəyyən məsafələrdən düyünləri olan iplikdən ibarətdir.[1] Taxta parçası ölçüləri təxminən 5,1 sm x 2,5 sm olan dördbucaqdır. Kamal istifadə olunarkən ip ağızda tutulur, taxta parçasının bir yanı yerə paralel tutulur və sonra aşağı tərəfi üfüqlə üst-üstə düşməsi halına gətirilir, yuxarı tərəfi ilə isə adətən Qütb ulduzu örtülür, çünki Qütb ulduzunun üfuqla olan bucağı vaxtla, coğrafi uzunluqla dəyişmir. Daha sonra düyünlərin sayına görə bucağı ölçmək olur və ya bəlli bir enlikdə səyahət edilirsə məxsus düyün də bağlamaq olur.

Qütb ulduzunun yüksəkliyini təyin etmək üçün kamalın istifadə olunması.

Düyünlər adətən bir barmaq məsafəsində bağlanır. Barmaq tam uzadılmış qol məsafəsində tutulan zaman, barmağın eni çox vaxt insanlarda eyni olan bucaqla ölçülür. Bu ərəbcə إصبع ― isabah kimi, çin dilində 指 ― çji kimi tanınan (hər ikisi barmaq mənasını verir) kobud ölçmələr üçün çox geniş istifadə olunurdu (günümüzə gədər də istifadə olunur). İndiki günümüzdə bu təxminən 1 dərəcə 36 dəqiqə 25 saniyədir və ya 1,5 dərəcədən bir az çox.[6][3][4]

Kamal hələ də günümüzə gədər dəniz kayakinqində istifadəsi tövsiyə olunan cihazlardan sayılır. Bu cür tədbiqdə onu sahilə gədər olan məsafəni ölçmək üçün istifadə etmək olar. Məsafə aşağıda göstərilən düstur ilə olçülür:

D=Sd/s

Burada D obyektə gədər olan məsafə, S müşahidə edilən obyektin ölçüsü, d kamal ilə göz arasındakı məsafə, s isə kamalın ölçüsü.

Daha sonra kamal daha dəqiq olan balestilya ilə əvəz olunmuşdur.

Mənbələr[redaktə | mənbəni redaktə et]

  1. 1 2 "Главная » Энциклопедия » Корабли » Камаль - использование в навигации Камаль - использование в навигации". 15 sentyabr 2007. 2022-08-31 tarixində arxivləşdirilib.
  2. "Kamal". https://exploration.marinersmuseum.org/object/kamal/. (#archive_missing_date) tarixində arxivləşdirilib (#archive_missing_url). (#cite_web_url)
  3. "How to Use a Kamal". https://www.naturalnavigator.com/news/2011/11/how-to-use-a-kamal/. (#archive_missing_date) tarixində arxivləşdirilib (#archive_missing_url). (#cite_web_url)
  4. "Kamal An Instrument of Celestial Navigat" (PDF). https://www.naturalnavigator.com/news/2011/11/how-to-use-a-kamal/. Yanvar 2017. 2022-09-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-31.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  • Carreiro, Carlos B., Portugal's Golden Years, The Life and Times of Prince Henry "The Navigator". Dorrance Publishing Co., p. 84
  • Malhão Pereira, J. M. (2003), "The Stellar Compass and the Kamal. An Interpretation of its Practical Use", in Proceedings of the International Seminar on Marine Archeology, Delhi, also published by Academia de Marinha (Lisbon, 2003).
  • McGrail, Sean (2004), Boats of the World, Oxford University Press, ISBN 0-19-927186-0