Vasko da Qama (1469[1] və ya təq. 1460[2], Sineş[d], Portuqaliya krallığı – 24 dekabr 1524, Koçin[d], Koçin knyazlığı[d]) — portuqaliyalı dəniz səyyahı. Avropadan Hindistana dəniz vasitəsilə səyahət etmiş ilk avropalı səyyah. Böyük coğrafi kəşflər'in əsas nümayəndələrindən biri.
Emanuel Vasko da Qama | |
---|---|
port. Vasco da Gama | |
Doğum tarixi | 1469[1] və ya təq. 1460[2] |
Doğum yeri |
|
Vəfat tarixi | 24 dekabr 1524 |
Vəfat yeri | |
Vəfat səbəbi | malyariya |
Dəfn yeri |
|
Fəaliyyəti | tədqiqatçı-səyyah[d], dənizçi[d], donanma zabiti[d] |
Vikianbarda əlaqəli mediafayllar |
Manuel Vasko da Qama 1469-cu ildə anadan olub. 1497-ci ildə Portuqaliya kralı I Manuel Hindistana dəniz yolunu kəşf etmək üçün Vasko da Qamanın başçılığı ilə o ölkəyə dəniz ekspedisiyası göndərdi. O, Afrika qitəsini keçərək Hind okeanına çıxmış və qitənin şərq sahilindəki Malindi limanında ərəb dənizçisi Əhməd ibn Məcidi özünə losman götürərək, onun köməyi ilə Hindistanın Kalikut (indiki Kojikode) şəhərinə gəlir və bununla da Hindistana dəniz yolunu kəşf edir.
Hindistanla ticarəti öz əllərində saxlayan ərəb tacirləri portuqalların bura gəlişindən narahat olaraq, Kalikut hakiminin sahilə çıxan portuqalları həbs etdirməsinə nail olurlar. Buna cavab olaraq Vasko da Qama gəmiyə baxmağa gələn hind əyanlarını buraxmır. Racənin əyanlar üçün göndərdiyi qayığı isə atəşə tuturlar. Vasko da Qama buradan çoxlu ədviyyat alaraq Avropaya qayıdır. Gətirilən ədviyyatlar ekspedisiyaya çəkilən xərclərdən 60 dəfə çox qazanc götürməyə imkan verir.
Vasko da Qama 24 dekabr 1524-cü ildə Hindistanda vəfat edib.