Kamal Hüseynağa oğlu Məmmədbəyov (20 mart 1924 – 2 sentyabr 1997) — görkəmli SSRİ və Azərbaycan memarı, Şərq Ölkələri Beynəlxalq Memarlıq Akademiyasının akademiki (1993), Azərbaycan SSR əməkdar memarı (1975).[1]
Kamal Məmmədbəyov | |
---|---|
Kamal Hüseynağa oğlu Məmmədbəyov | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Quba, Azərbaycan SSR, Zaqafqaziya SFSR, SSRİ |
Vəfat tarixi | (73 yaşında) |
Vəfat yeri | |
Vətəndaşlığı | |
Həyat yoldaşı | Jamila Rzayeva |
Uşaqları |
Oktay Məmmədbəyov Gülnarə Mehmandarova |
Atası | Hüseynağa Məmmədbəyov |
Anası | Anna Mgeladze |
İşləri və nailiyyətləri | |
Mükafatları |
Sumqayıt şəhərinin şəhərsalma və memarlıq üzrə ilk tədqiqatlar Azərbaycan alimi Kamal Məmmədbəyov tərəfindən keçirilib. Aparılan araşdırma nəticəsi sayılan çoxsaylı elmi əsərlər və monoqrafiya Sumqayıt şəhərinin memarlıq və şəhərsalma inkişafına həsr olunmuşdur.[2]
1988-ci nəşr olunmuş kitabı Sumqayıt şəhərinin memarlığına və şəhərsalmasına həsr olunub.
Sumqayıt Tarix Muzeyinin arxiv fonduna Məmmədbəyov tərəfindən böyük həcmdə yaradılmış qrafiki-illüstrativ material təmənnasız bağışlanmışdır.