Leyla Məmmədbəyova (Hüseynağa qızı)

Leyla Hüseynağa qızı Məmmədbəyova (d. 12 may 1922 - ö. 23 may 2006) — Azərbaycanın məşhur patomorfoloq alimi, Azərbaycanın Əməkdar Elm Xadimi, Tibb emləri doktoru, professor.[1]

Leyla Məmmədbəyova
Leyla Hüseynağa qızı Məmmədbəyova
Doğum tarixi
Doğum yeri SSRİ SSRİ, Azərbaycan SSR, Quba
Vəfat tarixi (84 yaşında)
Vəfat yeri Azərbaycan Azərbaycan, Bakı
Atası Hüseynağa Məmmədbəyov
Anası Anna Mgeladze
Fəaliyyəti həkim, patoloq
Mükafatları "Şərəf nişanı" ordeni

Leyla Hüseynağa qızı Məmmədbəyova Qubada anadan olmuşdur.

1963-cü ildən Elmi Tədqiqat Eksperimental və Klinik Tibb İnstitutunun patomorfologiya laboratoriyasında müdir işləyib.

Tədqiqatları əsasən ürək damar sisteminin patologiyasına həsr edilib.

Akademik İvan Şirokoqorovun Azərbaycanda patoloji anatomiya elminin inkişafında özünəməxsus yeri olan istedadlı tələbələrindən biri də professor Leyla xanım Hüseynağa qızı Məmmədbəyova (1922-2006) olmuşdur. O, 1947-1963-cü illərdə patoloji anatomiya kafedrasında çalışmış, burada namizədlik və doktorluq dissertasiyası üzərində işləmişdir. 1967-ci ildə Tibb emləri doktoru, 1970-ci ildə professor adını almışdır.

Uzun illər M.A.Topçubaşov adına Respublika Elmi Cərahlıq mərkəzinin patomorfologiya laboratoriyasının müdiri vəzifəsində işləmişdir. L.H.Məmmədbəyova 200-dən artıq elmi məqalənin, bir neçə monoqrafiyasının müəllifidir.

"Şərəf nişanı" ordeni və müxtəlif medallarla təltif edilmişdir.

  1. Azərbaycan Sovet Ensiklopediyası, VI cild, 1982, s. 494.  (az.)