Kamal Musayev

Kamal Yusif oğlu Musayev – Azərbaycan SSR Ali Məhkəməsinin Rəyasət Heyətinin üzvü (1971– 1989)

Kamal Musayev
Musayev Kamal Yusif oğlu
Azərbaycan SSR Ali Məhkəməsinin Rəyasət Heyətinin üzvü
bayraq2
1971 – 1989
1963 – 1971
1960 – 1963
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Şuşa, Azərbaycan SSR, SSRİ
Vəfat tarixi (67 yaşında)
Vəfat yeri Bakı
Partiya Kommunist partiyası
Təhsili Kirov adına Dövlət Universiteti (indiki Bakı Dövlət Universiteti)
İxtisası Hüquqşünas
Fəaliyyəti hakim
Atası Musayev Yusif Əbdül oğlu
Həyat yoldaşı Dünyamalıyeva Töhfə
Uşaqları Musayeva Sevda, Musayev Rauf, Musayev Rafail

Təltifləri "Qırmızı ulduz" ordeni "1941–1945-ci illər Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə" medalı "SSRİ Silahlı Qüvvələrinin 40 illiyi" yubiley medalı "1941–1945-ci illər Böyük Vətən müharibəsində qələbənin 20 illiyi" yubiley medalı "SSRİ Silahlı Qüvvələrinin 50 illiyi" yubiley medalı "Vladimir İliç Leninin anadan olmasının 100 illiyi münasibətilə" yubiley medalı "1941–1945-ci illər Böyük Vətən müharibəsində qələbənin 30 illiyi" yubiley medalı II dərəcəli Vətən Müharibəsi Ordeni "Qırmızı ulduz" ordeni "Qırmızı əmək bayrağı" ordeni

Respublikanın əməkdar hüquqşünası Musayev Kamal Yusif oğlu 10 may 1922-ci ildə Şuşa şəhərində anadan olmuşdur. 1939-cu ildə Bakı şəhəri 161 saylı orta məktəbi bitirdikdən sonra V.İ.Lenin adına Tiflis Dəmiryol Mühəndisləri İnstitutuna daxil olmuşdur. Böyük Vətən müharibəsinin başlanması ilə əlaqədar olaraq, təhsilini yarımçıq qoyub öz xahişi ilə cəbhəyə yollanmışdır. O, uzun bir döyüş yolu keçmiş, Volxov, Leninqrad və II Pribaltika cəbhələrində vuruşmuşdur.

Sovet ordusu sıralarından tərxis olunub 1945-ci ildə Bakıya qayıtdıqdan sonra Azərbaycan Dəmiryol İdarəsində şöbə rəisinin köməkçisi işləmişdir. 1946-cı ildə Kirov adına Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) hüquq fakültəsinə daxil olmuş və həmin universiteti 1951-ci ildə fərqlənmə diplomu ilə bitirdikdən sonra Azərbaycan SSR Ədliyyə Nazirliyinin sərəncamına göndərilmişdir.

Kamal Musayev 1951 – 1953–cü illərdə 2 saylı Bakı notariat kontorunda məsləhətçi, Bakı vilayət maliyyə şöbəsində şikayətlər üzrə Baş müfəttiş işləmişdir.

K.Musayev 1953-cü ildən 1960-cı ilədək ikinci dəfə Sovet Ordusu sıralarında xidmət edmişdir. Tərxis olunduqdan sonra Bakıya qayıtmış və həmin il Yardımlı rayonunun Xalq Məhkəməsinin hakimi seçilmişdir. Bacarıqlı hüquqşünas 1963-cü ildə Azərbaycan SSR Ali Məhkəməsinin üzvü seçilmişdir, 1971-ci ildən isə Azərbaycan SSR Ali Məhkəməsinin Rəyasət Heyətinin üzvü kimi çalışmışdır.

Kamal Musayevin xidməti qiymətləndirilərək, ona 1983-cü ildə Azərbaycan SSR Ali Sovetinin fərmanı ilə “Əməkdar Hüquqşünas” fəxri adı verilmişdir. K.Musayev çalışdığı müddətdə dəfələrlə Ali Məhkəmənin büro üzvü və partiya təşkilatı katibinin müavini, xalq nəzarəti qrupunun sədri seçilmişdir.

Kamal Musayevin böyük xidmətləri dövlət tərəfindən yüksək qiymətləndirilmişdir. O, bir sıra orden və medallarla təltif olunmuşdur.

Kamal Yusif oğlu Musayev 1989-cu il avqust ayının 25-də vəfat etmişdir.

Mükafatları, təltifləri və fəxri adları

[redaktə | mənbəni redaktə et]
  1. "1941-1945-ci illər Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə" medalı
  2. "SSRİ Silahlı Qüvvələrinin 40 illiyi" yubiley medalı
  3. "Qırmızı Ulduz" ordeni
  4. "1941-1945-ci illər Böyük Vətən müharibəsində qələbənin 20 illiyi" yubiley medalı
  5. "SSRİ Silahlı Qüvvələrinin 50 illiyi" yubiley medalı
  6. "Vladimir İliç Leninin anadan olmasının 100 illiyi münasibətilə" yubiley medalı
  7. "Qırmızı əmək bayrağı" ordeni
  8. "1941-1945-ci illər Böyük Vətən müharibəsində qələbənin 30 illiyi" yubiley medalı
  9. "1941-1945-ci illər Böyük Vətən müharibəsində qələbənin 40 illiyi" yubiley medalı
  10. II dərəcəli Vətən Müharibəsi Ordeni
  11. "SSRİ Silahlı Qüvvələri veteranı" medalı
  12. ASSR Ali Sovetinin Fərmanı ilə "Əməkdar hüquqşünas"