Bu məqaləni vikiləşdirmək lazımdır. |
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Bu məqalənin ensiklopedik tələblərə cavab vermədiyinə dair şübhələr var. |
Abdullayev Kamandar Məmməd oğlu — Azərbaycan Respublikasının əməkdar mühəndisi, rabitə ustası, beynəlxalq dərəcəli böyük mühəndis, Azərbaycan Politexnik İnstitutunun (indiki Azərbaycan Texniki Universiteti) Elektrotexnika fakültəsinin məzunu.
1940-cı il 10 noyabr tarixində indiki Goranboy rayonunun Ağamalıoğlu (əvvəllər Abdullabəykürdü, indi Düzqışlaq) kəndində anadan olub, 1949-cu ildən həmin kəndin orta məktəbində 7 sinif orta təhsil aldıqdan sonra 1957-ci ildə Bakıya köçüb leytenan Şmidt adına Bakı Maşınqayırma Zavodunun poladəritmə sexinin model bölməsində modelşik işləyib. Tam orta təhsilini də Bakı şəhəri Nərimanov rayonunun 72 nömrəli fəhlə gəncləri məktəbində başa vurdu.
1961–1966-cı illərdə Azərbaycan Politexnik İnstitutunun Elektrotexnika fakültəsində ali təhsil almış və 1965-ci ilin dekabr ayında təyinat üzrə Kirovabad (indi Gəncə) şəhərində 2 nömrəli Rabitə İstismar Texniki Qovşağının Şəhərlərarası telefon stansiyasının gücləndirici məntəqə mühəndisi təyin olunmuşdur. 1970-ci ilin mart ayında həmin Rabitə qovşağının rəis müavini təyin olundu. 15 avqust 1971-ci ildən SSRİ Rabitə Nazirliyi tərəfindən Monqolustan Xalq Respublikasına uzunmüddətli xidməti ezamiyyətə göndərilmişdir. Uzunmüddətli xarici ezamiyyətdən sonra 1973-cü ilin oktyabr ayından Gəncədə 2 nömrəli Rabitə İstismar Texniki Qovşağının rəis müavini vəzifəsində əmək fəaliyyətini davam etdi. Gəncə şəhərində (əvvəlki adı Kirovabad) 1975–1986-cı illərdə Şəhər Rabitə Qovşağının rəisi və sonra 1986–1990-cı illərdə Şəhər Telefon Şəbəkəsinin rəisi işləmişdir. 1990–1998-ci illərdə Respublika Magistrallarının Texniki Qovşağının Qazax — Bərdə hissəsi üzrə sahə rəisi olub. 1988–1998-ci illərdə Gəncə Rabitə İstehsalat Birliyində rəis müavini təyin olunmuşdur. 1999-cu ildən 2016-cı ilin iyun ayı ərzində Rabitə və Yüksək Texnologiyalar Nazirini bölgə üzrə Səllahiyətli nümayəndəsi işləyib. Bunlarla bərabər Monqolustan Xalq Respublikasının rabitə nazirliyi, Monqolustan Xalq Respublikasınin rabitə təşkiltlrı və Azərbaycan Azərbaycan Rabitəə və Yüksək Texnoloqiyakarı Nazirliyinin rəhbərliy tarafində xeyli saylı fəxri fərmanlarla təltif edilmişdir. Kecmiş Sovet Sosialist Respublikaları İttifaqı-nin bir cox medallarə ilə təltif edilib Hal hazırda Gəncə şəhərində yaşayır
Kamandar Abdullayev 2023-cü il avqustun 30-da vəfat edib.[mənbə göstərin]
Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyaları sahəsi işçilərinə "Azərbaycan Respublikasının əməkdar mühəndisi" fəxri adı verilməsi haqqında" 1 dekabr 2008-ci il tarixli 79 nömrəli Sərəncamı ilə Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyaları sahəsindəki xidmətlərinə görə Kamandar Abdullayevə "Azərbaycan Respublikasının əməkdar mühəndisi" fəxri adı verilmişdir.[1]